Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb.
Milli.Az xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub.
Araşdırmanın nəticələrinə görə, bu müalicəni alan xəstələrdə xərçəngin təkrarlanması və ya ölüm riski yalnız "Keytruda" qəbul edənlərlə müqayisədə 42 faiz aşağı olub.
COVID-19 peyvəndlərində də istifadə olunan mRNT texnologiyasına əsaslanan üsul hər xəstə üçün fərdi hazırlanır. Bunun üçün xəstənin şişindən götürülən nümunə araşdırılır və xərçəng hüceyrələrinə xas xüsusiyyətlər müəyyənləşdirilir. Məqsəd immun sisteminin həmin hüceyrələri tanımasını və onlara qarşı mübarizə aparmasını təmin etməkdir.
Tədqiqatın nəticələri Madriddə keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin toplantısında açıqlanıb. Şirkətlər peyvəndin ABŞ Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənməsi üçün müraciət etməyə hazırlaşırlar.
Hazırda bu texnologiyanın ağciyər və mədəaltı vəzi xərçəngi kimi digər xərçəng növlərinə qarşı istifadəsi də araşdırılır. Peyvənd hələ eksperimental mərhələdədir və geniş istifadəsi üçün rəsmi təsdiq almalıdır.
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
AzTV üçün yeni bina tikiləcək - (Video)
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Bakıda kafedə kütləvi dava - Ölən var - (Yenilənib/Video)
-
Oktyabrın 23-də 50 şübhəli saxlanılıb
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Premyer Liqada bu gün iki oyun keçiriləcək
-
Hava ilə bağlı son məlumat
-
Azərbaycan təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək - XİN
-
Pezeşkian Rusiyaya gedəcək
-
Bu gün yola çıxan sürücülərə xəbərdarlıq edildi
-
Dünya bazarlarında neft bahalaşdı
-
Zaqatalada oğurluq edən şəxs tutuldu - (Video)
-
Trampdan neft və benzinlə bağlı açıqlama: Qiymətlər kəskin düşəcək
-
Bakıda FIFA U-15 dünya çempionatı start götürür
-
Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı
-
Türkiyədə bələdiyyə sədri və oğlu saxlanıldı





