Dünya

Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı

24 Oktyabr 2026 09:22
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hörmüz boğazında iki neft tankeri minaya düşərək partlayıb.

Milli.Az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, boğazın cənub marşrutu ilə hərəkət edən iki supertanker müəyyən edilmiş qaydaları pozaraq keçid etməyə çalışıb. Nəticədə gəmilər dəniz minalarına düşüb və partlayış baş verib.

Məlumata görə, hadisədən sonra hər iki tankerin ekipaj üzvləri gəmiləri tərk ediblər.

Tankerlərin ümumilikdə 4,5 milyon bareldən çox xam neft daşıdığı qeyd olunub. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı və dənizə neft sızmasının baş verib-vermədiyi barədə hələlik məlumat yoxdur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.