Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli formatda ilk texniki görüş noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
Onun sözlərinə görə, texniki danışıqlardan sonra üç ölkə liderinin iştirakı ilə görüşün keçirilməsi mümkün ola bilər.
Zelenski bildirib ki, cümə günü ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb. Onlar həftənin əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə də birbaşa görüşüblər.
"Noyabrın birinci yarısında, əlbəttə ki, mümkün qədər tez görüşmək planlaşdırılır", - deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenski qeyd edib ki, görüşün baş tutması böyük ölçüdə Rusiyanın mövqeyindən asılı olacaq. O, Moskvanın oktyabr ayında analoji danışıqların keçirilməsi planlarını pozduğunu iddia edib.
Ukrayna lideri mümkün sülh sazişinin etibarlı təhlükəsizlik təminatlarını nəzərdə tutmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu təminatlar arasında Ukrayna ordusunun döyüş qabiliyyətinin qorunması üçün növbəti 10 il ərzində maliyyə yardımının göstərilməsi də yer almalıdır.
Zelenski Avropa ölkələrinin də sülh danışıqlarına cəlb edilməsinin vacibliyini vurğulayıb.
Bununla yanaşı, Ukrayna Prezidenti ölkə hərbçilərinin hələ də "Starlink" peyk rabitəsindən istifadədə məhdudiyyətlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp sistemin fəaliyyətinin bərpa olunacağına dair təminat versə də, problemlər davam edir.
Zelenski əlavə edib ki, Ukrayna daha əvvəl razılaşdırılmış növbəti zenit raketləri partiyasının çatdırılmasını da gözləyir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
-
Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı
-
PSJ - "Lion" matçı buna görə təxirə salındı
-
ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
-
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi - (Foto)
-
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
-
Qazaxda TIR yandı - (Video)
-
Hindistan yanaşmasını dəyişir - Qafqazda daha balanslı siyasət yürüdəcək
-
Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq
-
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - (Foto)





