Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda Dənizkənarı Milli Parkın ərazisində oktyabrın 23-dən 25-dək davam edəcək zeytun festivalına start verilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, festivalda zeytunun ətri, yerli məhsulların müxtəlifliyi, canlı musiqi və açıq havada bayram ab-havası hökm sürür.
Zeytun yığım mövsümünün başlanmasına həsr olunan festival qastronomiya, mədəniyyət və əyləncəni bir araya gətirərək paytaxt sakinlərinə və qonaqlara Azərbaycanda zeytunçuluq ənənələri, yerli istehsalçıların məhsulları ilə tanış olmaq, həmçinin payız günlərini ailə və dostları ilə birlikdə keçirmək imkanı yaradır.
Festivalın pavilyonlarında yerli istehsalçıların zeytundan hazırladığı müxtəlif məhsullar təqdim olunur. Ziyarətçilər məhsul çeşidləri ilə tanış ola, zeytunun yetişdirilməsi və emalı haqqında daha çox məlumat əldə edə, eləcə də ölkənin qastronomik ənənələrində xüsusi yer tutan məhsulların dadına baxa bilərlər.
Qədim zamanlardan bolluq və firavanlıq rəmzi sayılan zeytun festivalın əsas simvoluna çevrilib. Təşkilatçılar Azərbaycanda zeytunçuluğun qədim ənənələrinə diqqət çəkməyi, yerli istehsalçıları dəstəkləməyi və bu sahədə tanınan milli brendin formalaşmasına töhfə verməyi hədəfləyirlər.
Lakin festival təkcə qastronomik yeniliklərlə məhdudlaşmır. Üç gün ərzində Bakı bulvarı musiqi çıxışları, mədəni və əyləncəli tədbirlər üçün məkana çevriləcək. Qonaqları Xəzər dənizinin sahilində xüsusi bayram ab-havası yaradacaq canlı musiqi, incəsənət nümunələri və populyar ifaçıların konsertləri gözləyir.
Musiqi proqramında Azərbaycan estrada sənətinin tanınmış müğənniləri, ifaçıları və kollektivləri iştirak edəcəklər.
Oktyabrın 23-də bayram proqramını DJ Kamo açaraq festivalın ilk gününə dinamik ritm bəxş edib.
Oktyabrın 24-də qonaqlar Rilay və Mərdan Kazımovun çıxışlarını izləyə biləcəklər. Axşam proqramı xüsusilə zəngin olacaq. İzləyicilər qarşısında reper və mahnı müəllifi Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva çıxış edəcəklər.
Oktyabrın 25-də gündüz musiqi proqramını Wave Band, Teymur Süleymanbəyli və Excellent Band təqdim edəcəklər. Axşam səhnəyə Azad Şabanov və Zamiq Hüseynov çıxacaqlar. Festivalın proqramını isə Xalq artisti Aygün Kazımova yekunlaşdıracaq.
Beləliklə, festivalın hər günü müasir ritmlərdən və musiqi qruplarının çıxışlarından tutmuş tamaşaçıların sevdiyi estrada hitlərinədək müxtəlif musiqi nümunələri ilə yadda qalacaq.
Festival Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, zeytun və zeytun məhsulları istehsalçıları Absheron Olive Gardens və Olivea şirkətlərinin sponsorluğu ilə keçirilir.
Bakı sakinlərinin və xarici turistlərin sevimli istirahət məkanlarından biri olan Dənizkənarı Milli Parkda tədbirin təşkili yerli məhsullara və milli ənənələrə geniş auditoriyanın diqqətini cəlb etməyə imkan verəcək.
Festival oktyabrın 25-i də daxil olmaqla davam edəcək. Giriş sərbəstdir. Ziyarətçilər zeytun məhsullarının müxtəlifliyi ilə tanış olmağa, açıq havada konsertlərdən zövq almağa və Bakı bulvarında payız bayramının ab-havasında vaxt keçirməyə dəvət olunurlar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
Bütün sosial müavinətlər ödənildi
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
XƏBƏR LENTİ
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi - (Foto)
-
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
-
Qazaxda TIR yandı - (Video)
-
Hindistan yanaşmasını dəyişir - Qafqazda daha balanslı siyasət yürüdəcək
-
Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq
-
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - (Foto)
-
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi - XİN
-
Qarlı zirvələrdə yeni idman tarixi yazılacaq: “Snow Polo World Cup Azerbaijan-2027”
-
4 rayonda ağackəsənlər təbiətə 40 min manat ziyan vurub
-
Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı
-
Bütün sosial müavinətlər ödənildi
-
PSJ - "Lion" matçı buna görə təxirə salındı
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
-
Vəfa və Nəfəsdən Aysuna cavab: Makiyajsız videoları tənqid olundu - (Video)
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?





