Maraqlı

Alma, portağal və vişnə deyil: Ən güclü antioksidant mənbəyi olan meyvə şirəsi açıqlandı

24 Oktyabr 2026 05:05
Baxış: 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qida mühəndisləri və qidalanma mütəxəssislərinin apardığı son laboratoriya analizləri nəticəsində alver siyahılarında ən çox üstünlük verilən meyvə şirələrini geridə qoyan əsl şəfa deposu bəlli olub. Alma, portağal və vişnə şirəsini antioksidant tutumu ilə geridə qoyan nar şirəsi hüceyrələrin yenilənməsini ən yüksək səviyyəyə qaldıran ən faydalı içki elan edilib.

Nar şirəsini digərlərindən fərqləndirən nədir?
Tərkibindəki punikalaqin və antosianin maddələri sayəsində nar şirəsi klassik meyvə şirələri ilə müqayisədə ən az 3 dəfə daha sıx antioksidant fəallığına malikdir. Hətta yaşıl çaydan belə daha çox polifenol ehtiva edir.

Damarlarda toplanan sərbəst radikalları zərərsizləşdirərək damar tıxanması və sərtləşməsi riskini minimuma endirir.

Faydaları:
C və E vitaminləri ilə zəngin olan nar şirəsi müntəzəm qəbul edildikdə qan təzyiqini tənzimləyir və ürəyin yükünü azaldır.

Bəd xassəli xolesterolun (LDL) damar divarlarında oksidləşməsinin qarşısını alır.

Xroniki iltihab göstəricilərini sürətlə aşağı salaraq əzələ və oynaqlardakı gərginliyi zəiflədir.

Maxsimum fayda üçün necə içilməlidir?
Mağaza rəflərindəki qoruyucu qatqılı və ya şəkərli konsentratlar əvəzinə təzə sıxılmış nar şirəsini gözlətmədən içmək tövsiyə olunur.

Yüksək turşuluq və təbii fruktoza tərkibinə görə mədə həssaslığı olanlar və ya qan şəkəri oynayan şəxslər porsiyaya nəzarət etməlidirlər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.