Onların maaşına 50 faizədək əlavə veriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər.
Milli.Az xəbər verir ki, Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərinə və ali tibb təhsili müəssisələrinin klinik kafedralarında fəaliyyət göstərən professorlara qədər müxtəlif kateqoriyaları əhatə edir.
Qaydalara əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hospitalların, pansionatların və bərpa müəssisələrinin tibb və əczaçılıq işçilərinə vəzifə maaşının 15 faizi, həmin müəssisələrin digər işçilərinə isə 10 faizi həcmində əlavə haqq ödənilir.
Magistral boru kəmərlərinin və yeni dəmir yollarının çəkilməsi, neft və qazın nəqli, eləcə də dəniz obyektlərinin qurulması və istismarı ilə məşğul olan işçilərə xidmət göstərən tibb və əczaçılıq işçiləri də vəzifə maaşlarının 15 faizi qədər əlavə alırlar.
Tibb müəssisələrində qızıl qəbul edən işçilər üçün də eyni faiz müəyyən edilib. Təhlükəli həşəratların, digər təhlükəli cücülərin və gənələrin geniş yayıldığı rayonlarda yerləşən sanitar-epidemioloji stansiyaların entomoloqları və onların köməkçiləri də vəzifə maaşlarının 15 faizi həcmində əlavə haqq almaq hüququna malikdirlər. Həmin ərazilərin hansı rayonlara aid edilməsi Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydada həyata keçirilir.
İldə 5 tondan artıq qan plazması emal edən qanköçürmə stansiyalarında texnoloji prosesdə çalışan fəhlələrə vəzifə maaşının 10 faizi həcmində əlavə ödənilir.
Zibil quyularından çıxarılan murdar və bərk tullantıları daşıyan arabaçılara 10 faiz, həmin quyuları özləri təmizləyən arabaçılara isə 15 faiz əlavə haqq verilir.
Ən yüksək əlavə ödənişlərdən biri dişlərin hazırlanmasında qiymətli metallardan istifadə etməklə texniki işləri yerinə yetirən dişdüzəldənlərə və digər işçilərə aiddir. Onlara vəzifə maaşının 25 faizi həcmində əlavə haqq ödənilir.
Bundan başqa, dövlət büdcəsindən maliyyələşən ali tibb təhsili və həkimləri təkmilləşdirmə müəssisələrinin klinik kafedralarında çalışan, eyni zamanda əhaliyə tibbi xidmət göstərilməsi, müalicə və diaqnostika işlərinə bilavasitə cəlb olunan əməkdaşlar üçün ayrıca ödəniş nəzərdə tutulur.
Həmin müəssisələrdə çalışan professor və dosentlərə yüksək ödəniş dərəcəli həkim-mütəxəssisin vəzifə maaşının 50 faizi həcmində əlavə haqq verilir. Assistentlərə isə müvafiq ödəniş dərəcəli həkim-mütəxəssisin vəzifə maaşının 50 faizi qədər əlavə ödənilir.
Beləliklə, əlavə haqqın məbləği işçinin tutduğu vəzifədən, əmək şəraitindən və yerinə yetirdiyi işin xüsusiyyətlərindən asılı olaraq dəyişir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
AzTV üçün yeni bina tikiləcək - (Video)
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Bakıda kafedə kütləvi dava - Ölən var - (Yenilənib/Video)
-
Oktyabrın 23-də 50 şübhəli saxlanılıb
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Premyer Liqada bu gün iki oyun keçiriləcək





