Cəmiyyət

Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər

26 Oktyabr 2026 15:34
Baxış: 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər. Bu saziş ölkələrin həyatına da öz töhfəsini verməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri bazar ertəsi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının "Sülh dili və dezinformasiya ilə mübarizə" mövzusunda xüsusi sessiyasında deyib.

O bildirib ki, Azərbaycan üçün 2023-cü ildə sülh sazişi ilə bağlı razılığa gəlmək asan qərar olmayıb.

"Uzun illər davam edən müharibədən sonra sülhə nail olmaq asan deyildi. Prezident İlham Əliyev öz xoş məramını göstərdi. Sülh sazişi Ermənistana Azərbaycan tərəfindən təqdim edilib, onun ilkin prinsipləri Azərbaycanda hazırlanıb. Vaşinqton Sammitində sülh sazişi paraflandı. Daha sonra Azərbaycan sülh üçün vacib addımlar atdı", - deyə Prezidentin köməkçisi qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.