Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə bölgədə "Mədəniyyət rüzgarı" layihəsi çərçivəsində silsilə təlimlər keçirilib.
Milli.Az xəbər verir ki, oktyabrın 23-də Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında "KOHA AKİS-in funksional imkanları və onlardan səmərəli istifadə yolları" mövzusunda təlim keçirilib. Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı ilə təşkil olunan təlimdə Quba, Xaçmaz, Şabran, Siyəzən və Qusar rayonlarından kitabxana əməkdaşları iştirak ediblər.
MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova layihənin əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, təlimin məqsədi kitabxanaların xidmət sektorunda müasir metodların tətbiqinin sürətləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və oxucularla işin düzgün qurulmasıdır.
Sonra təlimçi, Azərbaycan Milli Kitabxanası Elmi-tədqiqat kitabxanaşünaslıq və metodik təminat şöbəsinin aparıcı elmi işçisi Lamiyə Süleymanova KOHA sisteminin üstünlüklərini və ümumiyyətlə, kitabxana sahəsində tətbiq olunan yeniliklərin sahənin inkişafına müsbət təsirlərini diqqətə çatdırıb, kitabxanaçıların suallarını cavablandırıb.
Həmin gün Şabran rayon MKS-nin Mərkəzi Kitabxanasında muzey əməkdaşları üçün "Maddi irsin muzeyləşdirilməsi və rəqəmsallaşdırılması: müasir yanaşmalar" mövzusunda təlim təşkil olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə reallaşan təlimdə Şabran rayonu ilə yanaşı, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında fəaliyyət göstərən muzey və qoruqların (tarixi-arxeoloji) əməkdaşları, fond mühafizləri, abidə mühafizəçiləri və elmi işçilər iştirak ediblər.
MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev çıxış edərək müasir muzeylər üçün rəqəmsallaşmanın əhəmiyyəti barədə söhbət açıblar. Bildirilib ki, bu sahədə tətbiq edilən müasir yanaşmalar eksponatların düzgün mühafizəsinə və ziyarətçilərə keyfiyyətli xidmət göstərilməsinə şərait yaradır.
Təlimçi, Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev muzey əməkdaşlarının peşə hazırlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, muzey işi sahəsində müasir elmi-metodik yanaşmaların və innovativ texnologiyaların tətbiqi haqqında məlumat verib.
Oktyabrın 23-də "Mədəniyyət rüzgarı" layihəsi çərçivəsində Siyəzən şəhər Uşaq İncəsənət Məktəbində Quba, Qusar, Xudat, Xaçmaz və Siyəzən rayonlarında fəaliyyət göstərən incəsənət məktəblərinin rəhbər və pedaqoji heyəti üçün "Tədris sənədləşməsinin hüquqi və normativ əsasları" mövzusunda təlim keçirilib.
Əvvəlcə çıxış edən Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev bölgələrdə keçirilən bu qəbildən təlimlərin təhsil ocaqlarında fəaliyyətin səmərəliliyinin artırılmasına töhfə verdiyini deyib, təşkilatçılara təşəkkürünü bildirib.
MEMİM-in sektor müdiri Nicat Həsənzadə tərəfindən keçirilən təlimdə məktəblərdə pedaqoji prosesin düzgün qurulması, hesabatlılığın təmin olunması, həmçinin müəllimlərin metodiki hazırlığının təkmilləşdirilməsi və sənədləşmə işinin tələblərə uyğun şəkildə aparılması ilə bağlı məlumat verilib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?
-
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib - (Foto)
-
Xırdalanda sakinlər soyuqdan əziyyət çəkir: Qaz nə vaxt veriləcək?
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
XƏBƏR LENTİ
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan 2 nəfər məhkəməyə çıxarılır
-
Sabah bu rayonun mərkəzində qaz kəsiləcək
-
Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi
-
Qumralın ailəvi görüntüləri diqqət çəkdi - (Video)
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Bakılı dünya çempionu 200 min avro borca girib
-
Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
-
Filarmoniyada Xalq artisti Rauf Abdullayevə həsr olunmuş konsert keçirildi - (Foto)
-
Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu - (Video)
-
Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?
-
“Survivor” iştirakçısı Gürcüstanda saxlanıldı
-
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib - (Foto)
-
Xırdalanda sakinlər soyuqdan əziyyət çəkir: Qaz nə vaxt veriləcək?
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər
-
Dəfn mərasimində çalıb-oynadılar – Səbəbi təəccübləndirir - (Video)
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir - Hikmət Hacıyev
-
Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı - Hikmət Hacıyev
-
Tanınmış stilist "İntuş" vəfat etdi
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
-
Ev almaq istəyənlər üçün yeni imkan





