Hadisə

Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu - (Video)

26 Oktyabr 2026 16:46
Baxış: 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı-Quba yolunda qəza baş verib.

Milli.Az "Avtosfer"ə istinadən xəbər verir ki, hadisə oktyabrın 25-i səhər saatlarında "Stansiya Sumqayıt" adlanan ərazidə qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Atego" markalı yük avtomobili aşıb. Şahidlər bildirib ki, qəzaya yük maşınının təkərinin partlaması səbəb olub.

Nəticədə, avtomobilin yük yerində daşınan qoyunların bir qismi tələf olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Aşan nəqliyyat vasitəsi ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.