Siyasət

Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər

26 Oktyabr 2026 16:02
Baxış: 559

Azərbaycanda çəkilən Yaponiya filmi yapon turistlərin Azərbaycana marağının artmasına töhfə verəcək.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının "Sülh dili və dezinformasiya ilə mübarizə" mövzusunda keçirilən xüsusi sessiyasında bildirib.

H.Hacıyev Azərbaycanda çəkilən Yaponiya filmini yüksək qiymətləndirərək onu ən maraqlı filmlərdən biri adlandırıb və filmin ərsəyə gəlməsində iştirak edən yaponiyalı mütəxəssislərə təşəkkür edib.

Prezidentin köməkçisi qeyd edib ki, hazırda Yaponiya vətəndaşları Azərbaycana bir il müddətinə vizasız səfər edə bilirlər.

"Azərbaycanlılar da Yaponiyaya vizasız gedib-gəlmək istəyirlər. Bunu mümkün etmək olar. Həmin filmə görə yaponiyalı mütəxəssislərə təşəkkür edirəm", - deyə H.Hacıyev bildirib.

Onun sözlərinə görə, belə layihələr ölkələr arasında mədəni əlaqələrin inkişafına, qarşılıqlı tanıtıma və turizm əlaqələrinin genişlənməsinə töhfə verə bilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.