Azərbaycan QHT-lərindən İran Prezidentinə - Açıq məktub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri öncə Sizə dərin ehtiramımızı ifadə edirik.
Sizin işğaldan azad edilmiş doğma Xankəndiyə və hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərinə səfərinizi, Azərbaycan Respublikasına münasibətdə nümayiş etdirdiyiniz xoş məramı, Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluğa verdiyiniz önəmi, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan münasibətlərinizi yüksək qiymətləndiririk.
Sizin həkim kimi onlarla azərbaycanlı pasiyenti əməliyyat etməyiniz, onlara böyük diqqət və qayğı ilə yanaşmağınız, insanlara xidmət amalınız, eləcə də ictimai xadim kimi vətəndaşlıq mövqeyiniz Azərbaycan xalqının Sizə olan rəğbətini daha da artırıb.
Hörmətli cənab Prezident!
Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir.
Bütün bunlar Sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi kimliyin, tarixi yaddaşın və milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu göstərir.
Məhz bu baxımdan inanırıq ki, ana dilinin insan həyatında daşıdığı müstəsna əhəmiyyəti qiymətləndirən bir dövlət başçısı kimi Siz İranda yaşayan milyonlarla azərbaycanlının öz doğma dilində təhsil almaq arzusuna da xüsusi həssaslıqla yanaşacaqsınız.
Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb.
Bu gün həmin tarixi irsin layiqli davamçıları olan milyonlarla insanın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək imkanlarının genişləndirilməsi həm mənəvi məsuliyyət, həm də tarixi ədalət məsələsidir.
Sizdən xahiş edirik ki, İran İslam Respublikasında yaşayan azərbaycanlıların ölkə Konstitusiyasında təsbit olunmuş ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində qətiyyətli və əməli addımlar atılmasına şəxsən təşəbbüs göstərəsiniz.
Hesab edirik ki, bu məqsədlə Azərbaycan dilinin məktəblərdə sistemli şəkildə tədrisinin təşkil edilməsini, Azərbaycan dilində təhsil verən orta və ali təhsil müəssisələrinin yaradılmasını, müvafiq pedaqoji kadrların hazırlanmasını, dərslik və tədris proqramlarının işlənib hazırlanmasını, eləcə də bu istiqamətdə zəruri hüquqi və institusional mexanizmlərin formalaşdırılmasına ehtiyac duyulur.
Əminik ki, belə bir təşəbbüs yalnız milyonlarla insanın çoxdankı arzusunun gerçəkləşməsinə xidmət etməyəcək, həm də İranın mədəni müxtəlifliyinə verilən yüksək dəyərin, ədalətə və bərabərliyə sadiqliyin parlaq nümunəsinə çevriləcəkdir.
Ana dilində təhsil almaq imkanı yaratmaq bir xalqın keçmişinə göstərilən ehtiram, bu gününə verilən dəyər və gələcəyinə qoyulan ən qiymətli sərmayədir.
Hörmətli cənab Prezident!
İnanırıq ki, məhz Sizin prezidentliyiniz dövründə bu istiqamətdə tarixi addımlar milyonlarla azərbaycanlının yaddaşında silinməz iz qoyacaq, həmişə minnətdarlıqla yad ediləcəkdir.
Biz - Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu nəcib missiyanın həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanlarımız daxilində hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk.
Bu məktubumuzu qələmə alarkən, Sizin də daim böyük sevgi və ehtiramla yad etdiyiniz Azərbaycanın və İranın qüdrətli söz ustadı Məhəmmədhüseyn Şəhriyarın ana dilimizə həsr etdiyi ölməz misralarını dərin duyğularla xatırlayırıq.
İnanırıq ki, ana dilinə böyük məhəbbət bəsləyən bir Prezident kimi Siz bu tarixi missiyanın gerçəkləşməsi üçün öz layiqli töhfənizi əsirgəməyəcəksiniz.
Dərin hörmət və ehtiramla,
Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının nümayəndələri:
1. Ramil İskəndərli - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri;
2. Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri;
3. Sevda Tahirli - Mirzə Ələkbər Sabir Fondunun rəhbəri;
4. Varis Yolçiyev - Azərbaycan Ədəbiyyat Fondunun rəhbəri;
5. Sevinc Əlizadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri;
6. Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri;
7. Dilqəm Əhməd - "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri;
8. Seyfəddin Hüseynli - "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyinin sədri;
9. Səadət Məmmədova - "Maarifçi Media Mərkəzi" İctimai Birliyinin sədri;
10. Qəmər Bağırova - "Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri;
11. Fəridə Mirişova - "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri;
12. Sevinc Abdullayeva - "Qadın və Uşaqların Təhsilinə Dəstək" İctimai Birliyinin sədri;
13. Əliməmməd Nuriyev - Konstitusiya Araşdırmalar Fondunun rəhbəri;
14. Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri;
15. Şəbnəm Səfərova - "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyinin sədri;
16. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri;
17. Mübariz Əsgərov - "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri;
18. Şahin Rəhmanlı - "İrəli" İctimai Birliyinin sədri;
19. İradə Rzazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri;
20. Lalə Sərdarlı - "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri;
21. Məqsəd Sarıyev - "YENİSİ" Ədədiyyət və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyi;
22. Tükəzban Süleymanova - "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri;
23. Fariz Xəlilli - "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri;
24. Müşviq Ələsgərli - "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri;
25. Xatirə Vəliyeva - "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri;
26. Səltənət Qocamanlı - "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri;
27. Novella Cəfərova - "D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyinin sədri;
28. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri;
29. Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri;
30. Əmir Əliyev - "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin sədri;
31. Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri;
32. Elşad Eyvazov - Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri;
33. Şəlalə Həsənova - İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri;
34. Ayaz Mirzəyev - "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri;
35. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri;
36. Cəsarət Hüseynzadə - "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri;
37. Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyinin sədri;
38. Əhməd Abbasbəyli - "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri;
39. Aytən Həsənova - "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye" İctimai Birliyinin sədri;
40. Fuad Hüseynzadə - "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin sədri;
41. Anar Xəlilov - "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri;
42. Cavid Abdullayev - "Yeni Yol" Gənclərin Maariflənməsi İctimai Birliyinin sədri;
43. Turanə Orucova - "İncəsənətin Tərəqqisinə Dəstək" İctimai Birliyinin (İB) təsisçisi və sədri;
44. Xalid Kazımov - "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyinin sədri;
45. Elşad Məmmədli - "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin sədri;
46. Nərmin Kərimova - "Göyərçin" Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri;
47. Əfsələddin Ağalarov - "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyinin sədri;
48. Yadigar Məmmədli - "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyinin sədri;
49. Tünzalə Abduləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri;
50. Ceyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri;
51. Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri;
52. Kəramət İsmayılov - "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri;
53. Fikrət Yusifov - "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri;
54. İlqar Hüseynli - "Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" İctimai Birliyinin sədri;
55. Cəmilə İsbəndiyarova - "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
-
Bakıda ev almaq istəyənlər üçün yeni imkan
-
“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
-
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti iclası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər
-
Dəfn mərasimində çalıb-oynadılar – Səbəbi təəccübləndirir - (Video)
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir - Hikmət Hacıyev
-
Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı - Hikmət Hacıyev
-
Tanınmış stilist "İntuş" vəfat etdi
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
-
Bakıda ev almaq istəyənlər üçün yeni imkan
-
Gənclər arasında yeni trend yayıldı: Çəkiclə üzlərinə vururlar - (Video)
-
Məktəbdə TikTok-da canlı yayım açan müəllim işdən çıxarıldı
-
Yasamalda məşhur restoran bağlandı
-
“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
-
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Azərbaycan QHT-lərindən İran Prezidentinə - Açıq məktub
-
Müğənni Sevda: "12 ev dəyişmişəm"
-
Bakı səhnəsində “Turandot”un möhtəşəm premyerası: pərdəarxası - (Foto)
-
Flik "Real"a məğlubiyyətin səbəbini açıqladı
-
Ordubadda ayı sakinlərə hücum etdi - (Video)
-
Magistral yolda faciə: İki piyada həyatını itirdi - Anbaan video
-
Rafet El Romandan azərbaycanlı nişanlısı ilə bağlı diqqətçəkən açıqlama
-
Biz əyalət deyilik, yaxud İlbər Ortaylının boş qalan yeri…
-
Türkiyədə fond böhranı: AKP-nin nüfuzlu simaları ilə bağlı iddialar
-
Ermənistana keçən çoban Azərbaycana qaytarıldı





