Ölkə

Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

26 Oktyabr 2026 18:03
Baxış: 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda adambaşına maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrində bir şagird üçün illik təhsil xərclərinin məbləği müəyyənləşdirilib.

Milli.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bir şagird üçün nəzərdə tutulan illik təhsil xərcləri məktəbin növündən asılı olaraq dəyişir.

Belə ki, bir şagird üçün illik xərclər:

- Tam orta ümumtəhsil məktəbi - 2 000 manat
- Lisey - 2 200 manat
- Gimnaziya - 2 200 manat
- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2 500 manat
- İnternat tipli lisey - 3 000 manat
- İnternat tipli gimnaziya - 3 000 manat

Bu Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir.

Sənədə əsasən, müəyyən edilmiş məbləğlər baza məbləğlər olub, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları"na uyğun olaraq artım əmsalları tətbiq edilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.