Mədəniyyət

Cazın sehri və romantikanın səsi - “Frank Sinatra” gecəsi - (Foto)

26 Oktyabr 2026 18:13
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında cazın, svinqin və romantik musiqinin əfsanəvi səsi Frank Sinatranın repertuarından seçilmiş dünya şöhrətli əsərlərdən ibarət "Frank Sinatra" gecəsi keçirilib.

Konsertin açılışında Amerika Birləşmiş ŞtatlarınınAzərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviriMaykl Heket çıxış edib. O, Frank Sinatranın musiqi dünyasınabəxş etdiyi zəngin irsə toxunaraq sənətkarın dünya musiqisindəkiözünəməxsus mövqeyini vurğulayıb.

"O, necə də gözəldir" ("Isn't She Lovely"), "Dəfələrlə" ("Over and Over"), "Mənim yolum" ("My Way"), "Səni istədiyim üçünaxmağam" ("I'm a Fool to Want You"), "Nyu-York, Nyu-York" ("New York, New York") və digər sevilən mahnılar Əməkdar artist FəridƏliyev, Roman, Vaqif Nağıyev, Nofəl Aslanov, Atilla Məmmədov, eləcə də teatrın solistləri Azad Şabanov və Natəvan Həsənovanınifasında Estrada-simfonik orkestrinin (dirijor Ellada Həsənova) müşayiəti ilə səsləndirilib.

Gecənin sürpriz qonaqları Əməkdar artist Emil Əfrasiyab və Arazİmanov olub. Onların tədbirdə iştirakı musiqi gecəsinə xüsusi rəngqataraq tamaşaçılar üçün xoş sürprizə çevrilib.

"Frank Sinatra" gecəsi caz və svinq musiqisinin özünəməxsusruhunu, romantik melodiyaların zərifliyini və dünya musiqi irsininzənginliyini bir araya gətirərək tamaşaçılara yaddaqalan musiqiaxşamı yaşadıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.