AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı 4-6 noyabrda Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan AIREX 2026-ya ev sahibliyi edəcək. Avropadan Asiyaya müxtəlif ölkələri təmsil edən 70-dən artıq yerli və beynəlxalq şirkətin iştirak edəcəyi sərgiyə 20 min ziyarətçinin gələcəyi gözlənilir.
Sərgi ərəfəsində PAŞA Property Management tərəfindən keçirilən mətbuat konfransında tədbirin proqramı, iştirakçılar və ziyarətçilər üçün nəzərdə tutulan imkanlar, eləcə də daşınmaz əmlak sektorunun inkişaf perspektivləri barədə məlumat verilib.
AIREX 2026 mənzil almaq və daşınmaz əmlaka sərmayə qoymaq istəyənlərlə yanaşı, investorları və daşınmaz əmlak sektorunun peşəkarlarını da bir araya gətirəcək. Sərgi ziyarətçilərə yerli və beynəlxalq layihələrlə tanış olmaq, onların xüsusiyyətləri barədə ətraflı məlumat əldə etmək və şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradacaq.
PAŞA Property Management şirkətinin baş icraçı direktoru Tural Əliyev sərginin əhəmiyyətini belə şərh edib: "AIREX 2026-nı daşınmaz əmlak bazarının müxtəlif iştirakçılarını vahid platformada bir araya gətirmək və sektorun inkişafına töhfə vermək baxımından mühüm təşəbbüs kimi qiymətləndiririk. Sərgi mənzil almaq və daşınmaz əmlaka investisiya qoymaq istəyənlərdən tutmuş, sahənin peşəkar iştirakçılarınadək geniş auditoriya üçün nəzərdə tutulub. Azərbaycandakı layihələrlə yanaşı, xarici bazarlardakı imkanları araşdıran ziyarətçilər də beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşə biləcəklər. İnanırıq ki, AIREX 2026 daşınmaz əmlak sektorunda əməkdaşlığın genişlənməsinə və yeni işgüzar əlaqələrin qurulmasına şərait yaradacaq".
PAŞA Property Management şirkətinin kommersiya direktoru Riad Salayev isə sərginin ziyarətçilər və sektorun peşəkar iştirakçıları üçün yaradacağı imkanlara diqqət çəkib:
"AIREX 2026 ziyarətçilərə yerli və beynəlxalq daşınmaz əmlak layihələri ilə yaxından tanış olmaq, onların konsepsiyası, infrastrukturu və inkişaf perspektivləri barədə ətraflı məlumat əldə etmək imkanı yaradacaq. Şirkət nümayəndələri ilə birbaşa ünsiyyət ziyarətçilərə layihələrin xüsusiyyətlərini daha yaxşı anlamağa və onları öz gözləntilərinə uyğun qiymətləndirməyə kömək edəcək. Sərgi, eyni zamanda, daşınmaz əmlak bazarının iştirakçıları arasında peşəkar dialoqun inkişafı, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunu oynayacaq".
Sərgi proqramında hansı mövzular müzakirə olunacaq?
Üç gün davam edəcək proqram çərçivəsində beş panel müzakirəsi, şirkət təqdimatları və sektorda yeni yanaşmalara həsr olunan tədbirlər keçiriləcək. Müzakirələrdə Azərbaycanın şəhərsalma perspektivləri, yeni inkişaf layihələri, brend rezidensiyalar, premium yaşayış layihələri, şəhər və məhəllələrin planlaşdırılması, dayanıqlı tikinti, eləcə də maliyyə və texnologiya şirkətlərinin daşınmaz əmlak sektoru ilə əməkdaşlıq imkanları müzakirə olunacaq.
AIREX 2026 ziyarətçilərə maraqlandıqları layihələrin nümayəndələri ilə üz-üzə görüşmək, vacib detalları dəqiqləşdirmək və layihələri öz ehtiyaclarına uyğun qiymətləndirmək imkanı yaradacaq. Sərgi çərçivəsində ziyarətçilər layihələr barədə ətraflı məlumat əldə edə, növbəti addımları isə şirkət nümayəndələri ilə müzakirə edə biləcəklər.
AIREX 2026-nın sponsorları PAŞA Real Estate Qrup, Baku City Residences, Sea Breeze, PMD Group, Bakı Ağ Şəhər və ABB-dir. Sərgi Times Consulting-in strateji tərəfdaşlığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə keçiriləcək.
Sərgiyə giriş ödənişsizdir.
Ziyarətçilər daha sürətli giriş üçün əvvəlcədən qeydiyyatdan keçə və ya sərgi günlərində məkanda qeydiyyatdan keçə bilərlər.
Ətraflı məlumat: airex.az/az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Orxan Nəbizadə “Qədim daş, müasir yaddaş” layihəsi haqqında danışıb – Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
XƏBƏR LENTİ
-
Orxan Nəbizadə “Qədim daş, müasir yaddaş” layihəsi haqqında danışıb – Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)





