Cəmiyyət

Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər

27 Oktyabr 2026 14:30
Baxış: 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Laçın rayonu ərazisində, Həkəri çayı üzərində inşa edilən su anbarı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir sıra ərazilərində, ümumilikdə 700 minə yaxın əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına imkan verəcək.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev bildirib.

Onun sözlərinə görə, 2026-cı il iyulun 11-də Prezident İlham Əliyevin iştirakı ilə Həkəri su anbarının təməlqoyma mərasimi keçirilib. Layihə içməli su təminatının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

A. Quliyev qeyd edib ki, su anbarının ümumi həcmi 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr nəzərdə tutulub. Layihə çərçivəsində 172 kilometr uzunluğunda magistral su xəttinin çəkilməsi planlaşdırılır. Həmin infrastruktur vasitəsilə Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd və Ağdam rayonlarının əhalisinin içməli su ilə təmin edilməsi nəzərdə tutulur.

Rəsmi bildirib ki, layihənin tərkib hissəsi olaraq magistral xətt boyunca ümumi gücü 10,8 meqavat olan üç su elektrik stansiyasının tikintisi də planlaşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.