Ölkə

Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)

27 Oktyabr 2026 11:10
Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qara dənizdə hücuma məruz qalan "Röyad Məmmədov" gəmisinin heyət üzvlərindən biri sağ-salamat ailəsinin yanına qayıdıb.

Milli.Az xəbər verir ki, dənizçi yaxınları ilə qovuşduğu anları sosial şəbəkə hesabında yayımlayıb.

Hadisə oktyabrın 5-də, gəmi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına taxıl apardığı vaxt baş verib. Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalan gəmidə güclü yanğın yaranıb. Bundan sonra heyətin xilas edilməsi üçün təxliyə işlərinə başlanılıb.

Hücumun ağır nəticələri olub. Gəminin kapitanı Rüstəm Həsənov və aşpaz Məhəmməd Süleymanzadə hadisə zamanı həlak olublar.

Faciədən sağ çıxan dənizçinin ailəsinə qovuşması ilə bağlı görüntülər isə onun yaşadığı çətin anlardan sonra yaxınlarına dönməsini əks etdirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.