Modeli döyən iş adamına hökm oxundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Milli.Az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası nəzərə alınıb, ona qəti olaraq 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Ona Cinayət Məcəlləsinin 182, 177, 186-ci maddələri üzrə bəraət verilib.
Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, Z. Hüseynzadə tərəfindən şəxsi yazışmalarının yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Z.Hüseynzadə 2023-cü il mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törədib.
O, Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.
Z.Hüseynzadə digər cinayət işi üzrə məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)
-
Zaur Baxşəliyev Zəngilanda ağsaqqalla ayaqyalın rəqs etdi – (Video)
-
Danlanın yenidən vəziyyəti pisləşdi - (Foto)
-
Qəbələdə yeni su anbarı tikilir
-
Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşib
-
Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
-
Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
-
Penitensiar xidmətə yeni rəis təyin edildi





