Qoroskop

Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir

29 Oktyabr 2026 00:01
Baxış: 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli.Az bu günün qoroskopunu təqdim edir.

Qoç
Biznesinizdə maliyyə qeyri-sabitliyinə səbəb ola biləcək bəzi itkilərlə qarşılaşa bilərsiniz. Ruhi gərginlik və stres bu gün sizə üstün gələ bilər, odur ki, sakit və nikbin qalmağa çalışın. Sizdən artıq iş saatlarında qalmaq tələb oluna bilər, bu da bəzi şəxsi öhdəliklərinizi yerinə yetirməyinizə mane olacaq. Hüquqi məsələlər və məhkəmə işləri bu gün sizin lehinizə həll olunacaq.

Uğurlu rənginiz: Krem rəngi

Uğurlu rəqəminiz: 8

Buğa
Hər şeyin sizə qarşı döndüyünü hiss edə bilərsiniz. Şəxsi və peşəkar həyatınızdakı qeyri-sabitlik gərginliyinizi bir qədər də artıracaq. Cütlüklər bir-biri ilə keyfiyyətli vaxt keçirəcəklər. Sağlamlıq baxımından şərait lehimizə dəyişəcək. Maliyyə vəziyyətiniz yaxşılaşa bilər, lakin bəzi xırda səhhət problemləri davam edəcək.

Uğurlu rənginiz: Narıncı

Uğurlu rəqəminiz: 32

Əkizlər
Həyatınızda baş verən dəyişikliklərə uyğunlaşmaq sizin üçün bir qədər çətin ola bilər. Yaxın zamanlarda maliyyə artımı gözlənilir. Sağlamlıq vəziyyətinizin yaxşılaşacağı proqnozlaşdırılır. Sevgi həyatınızın daha da möhkəmləndiyini görəcəksiniz. Yaradıcı sahələrlə məşğul olanlar özlərini göstərmək və böyük uğur qazanmaq üçün fürsət əldə edəcəklər.

Uğurlu rənginiz: Sarı

Uğurlu rəqəminiz: 6

Xərçəng
Maliyyə baxımından böyüməyinizə kömək edəcək yeni bir layihəyə başlaya bilərsiniz. Sağlamlıq sahəsində sabitlik gözlənilir. Tələbələr üçün gərgin və çətin bir gün olacaq. Kimdənsə kömək istəmək sizə heç nə itirməyəcək, əksinə, problemi həll edəcək. Şəxsi həyatınız daha da möhkəmlənir. Aranızdakı bağı gücləndirmək üçün ailə üzvlərinizlə birgə səyahət planlaşdırın.

Uğurlu rənginiz: Bənövşəyi

Uğurlu rəqəminiz: 29

Şir
Şəxsi və peşəkar həyatınızda hər şey sabit görünür, lakin səhhətinizdəki problemlər bu gün sizin üçün maneə yarada bilər. Maliyyə sabitliyi axtaranlar nəhayət istədiklərinə nail olacaqlar. Bu axşam sizə yaxşı mənfəət gətirə biləcək yeni bir layihəyə başlaya bilərsiniz. Axşam saatlarında rəhbərliyinizlə birgə gəzinti planlaşdırmağınız mümkündür, bu da peşəkar artımınıza kömək edəcək.

Uğurlu rənginiz: Qəhvəyi

Uğurlu rəqəminiz: 15

Qız
Bu gün sənədlərlə işləyərkən diqqətli olun. Sərt və acı sözlər işlətməkdən çəkinin, əks halda başınız ağrıya bilər. Sağlamlıq problemləri bu gün sizi narahat edə bilər, buna görə də özünüzü həddindən artıq yormayın. Maliyyə vəziyyətiniz kifayət qədər güclü olmayacaq. Tələbələrin karyeraları ilə bağlı şad xəbərlər alacağı gözlənilir. Şəxsi həyatınız sabit görünür.

Uğurlu rənginiz: Boz

Uğurlu rəqəminiz: 17

Tərəzi
Məhkəmə işlərində ədalət axtaranların üzü güləcək, çünki qərarın onların lehinə çıxma ehtimalı yüksəkdir. Maliyyə baxımından işlər sizin lehinizə olacaq, lakin bəzi sağlamlıq problemləri sizi narahat edə bilər. Sevgi həyatınız möhkəmlənir. Subay olanlar bu gün xüsusi bir şəxslə tanış ola bilərlər. Bu gün peşəkar sahədə yüksəliş gözləyin.

Uğurlu rənginiz: Qırmızı

Uğurlu rəqəminiz: 22

Əqrəb
Qarşınıza çıxan çətinliklər özünüzü göstərmək üçün yeni imkanlar yaradacaq. Yeni layihələrə başlayarkən diqqətli olun, çünki bəzi itkilərlə qarşılaşma ehtimalınız var. Şəxsi həyatınıza yenidən romantika qayıdır. Qonşunuz və ya dostunuzla mübahisəyə girməkdən çəkinin, çünki bu, münasibətlərinizi korlaya bilər.

Uğurlu rənginiz: Ağ

Uğurlu rəqəminiz: 2

Oxatan
Münasibətinizdə və davranışınızda müsbət dəyişikliklər edin, bu həyatınıza yaxşı enerjilər çəkəcək. Sağlamlıq və maliyyə məsələləri bu gün sizin lehinizə olacaq. Imkanınız varsa, bir az öz daxilinizə boylanıb özünüitiraf və təhlillə (introspeksiya) məşğul olun. Sevgi həyatınızda çətinliklər davam edə bilər. Tərəfdaşınızla yaşanacaq mübahisə münasibətinizə soyuqluq qatacaq, odur ki, təşəbbüsü ələ alaraq məsələləri həll etməyə çalışın.

Uğurlu rənginiz: Çəhrayı

Uğurlu rəqəminiz: 5

Oğlaq
Ailənizlə keyfiyyətli vaxt keçirəcək və bəxtinizin gətirdiyi anların dadını çıxaracaqsınız. Uşaqlar özlərini kəşf etməklə məşğul olacaqlar. Ürəklə bağlı bəzi problemlər sizi narahat edə bilər, bu səbəbdən vəziyyət pisləşmədən həkimlə məsləhətləşmək yaxşı olar. Böyük məbləğdə pul xərclənməsi gözlənilir, buna görə də cibinizə nəzarət edin. Məhkəmə qərarları böyük ehtimalla sizin lehinizə olacaq. Ədalət axtaranlar nəticədən razı qalacaqlar.

Uğurlu rənginiz: Çəhrayı

Uğurlu rəqəminiz: 4

Dolça
Həyatınıza tamamilə yad bir insan daxil ola bilər və siz həmin şəxsə etibar edib-etməmək barədə tərəddüd edə bilərsiniz. Daha sağlam həyat tərzi üçün gündəlik rejimizə idman və fitnes fəaliyyətləri əlavə edin. Gəlirinizin artması sizi maliyyə baxımından güvəndə və rahat hiss etdirəcək. Çoxlu öhdəlik və vəzifələriniz olacaq, lakin onların öhdəsindən uğurla gələcəksiniz.

Uğurlu rənginiz: Məcenta / Tünd bənövşəyi-qırmızı

Uğurlu rəqəminiz: 28

Balıqlar
Sosial baxımdan aktiv bir gün keçirə bilərsiniz. Borclarınızı ödəməyə kömək edəcək addımlar atdığınız üçün rahatlıq hiss edəcəksiniz. Tələbələr karyera qərarları vermək üçün məsləhət xidmətinə müraciət edə bilər, müəllimləri və ya təcrübəli bir şəxslə məsləhətləşə bilərlər. Bu gün tələskən olacaqsınız və bu prosesdə fiziki xəsarət ala bilərsiniz, odur ki, ehtiyatlı olun.

Uğurlu rənginiz: Ağ

Uğurlu rəqəminiz: 10

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.