Xankəndidə MDB-nin antiinhisar məsələləri üzrə iclası keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib
Milli.Az xəbər verir ki, iclasda rəqabət siyasəti üzrə aktual məsələlər müzakirə olunub və növbəti gün baş tutacaq MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında nəzərdən keçiriləcək mövzular üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də MDB İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının, Regional Rabitə Birliyinin və Antiinhisar Ekspertləri Assosiasiyasının təmsilçiləri iştirak ediblər.
Rusiya Federal Antiinhisar Xidmətinin rəhbər müavini - dövlət katibi Sergey Puzırevskinin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev və MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin Ticarət və maliyyə siyasəti şöbəsinin rəis müavini Oleq Smirnov açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri, maliyyə, səhiyyə, peyk rabitəsi və birja ticarəti kimi mühüm sektorlarda antiinhisar nəzarətinin gücləndirilməsi, həmçinin birgə tədqiqatların aparılması məsələləri müzakirə olunub. Eyni zamanda, Qərargahın fəaliyyətinin yeni istiqamətləri və dövlətlərarası əməkdaşlığın inkişafı üçün atılacaq növbəti addımlar müəyyənləşdirilib.
Qeyd: MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahı 2006-cı ildə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının qərarı ilə yaradılıb. Qərargahın əsas məqsədi MDB məkanında transmilli bazarlarda fəaliyyət göstərən şirkətlərin rəqabətəzidd davranışlarının birgə araşdırılmasını təmin etmək, rəqabət qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasına töhfə vermək və üzv dövlətlərin rəqabət orqanları arasında praktiki əməkdaşlığı gücləndirməkdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Xankəndidə MDB-nin antiinhisar məsələləri üzrə iclası keçirilib - (Foto)
-
Azərbaycanda hotel sektorunda nə baş verir?
-
Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
-
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
-
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - (Video)
-
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Xankəndidə MDB-nin antiinhisar məsələləri üzrə iclası keçirilib - (Foto)
-
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunur - (Foto)
-
Azərbaycanda hotel sektorunda nə baş verir?
-
"Həyat yoldaşım iki ev arasında qalıb" - Nadir Qafarzadə
-
Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib - (Foto/Video)
-
Pərviz Abubəkirov işdən çıxarıldı
-
Azərbaycanda ailələr niyə dağılır?
-
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb - (Foto)
-
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
-
Bakıda iki ərazidə hərəkət məhdudlaşdırılacaq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - (Foto)
-
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
-
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı" - Dilarə Əliyeva
-
İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik
-
İspaniyada üçgünlük matəm elan olundu
-
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - (Foto)





