Cəmiyyət

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)

28 Oktyabr 2026 23:31
Baxış: 518
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonra şantaj etməklə 17 000 manat pulunu ələ keçirdiyini bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Babayev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Araz Babayev borc öhdəliklərindən yayınmaq məqsədilə, borclu olduğu şəxsləri müxtəlif üsullarla şantaj edirmiş.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.