Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib.
Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusilə tetrasiklin və ftorxinolonların sorulmasını azalda bilər. Dəmir preparatları qəbul edənlər isə çay və qəhvədən uzaq durmalıdır. Bu içkilər dəmirin orqanizm tərəfindən mənimsənilməsini təxminən 60 faiz azalda bilər.
İvaşkov alkoqol və parasetamolun birlikdə qəbulunu da təhlükəli hesab edir. Bu kombinasiya qaraciyərə əlavə yük yaradır.
Həkim həmçinin bəzi dərmanlarla qidaların uyğunluğuna diqqət çəkib. Təzyiq dərmanları qəbul edənlər banan, xolesterini azaltmaq üçün statinlərdən istifadə edənlər isə qreypfrut qəbul edərkən ehtiyatlı olmalıdır. Banan bəzi preparatlarla birlikdə qanda kaliumun həddindən artıq artmasına, qreypfrut isə statinlərin parçalanmasının qarşısını alaraq onların qanda səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
İspanaq, cəfəri və brokoli kimi K vitamini ilə zəngin göyərtilər də qan durulaşdırıcı varfarinlə birlikdə ehtiyatla istifadə edilməlidir. K vitamininin çoxluğu preparatın təsirini zəiflədə bilər.
Həkim əksər dərmanları qəbul etmək üçün ən təhlükəsiz içkinin adi su olduğunu bildirib. Bununla belə, məhdudiyyətlər preparatdan asılı olduğundan dərmanı qəbul etməzdən əvvəl təlimatı oxumaq, həkim və ya əczaçı ilə məsləhətləşmək tövsiyə olunur. (Publika.az)
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
-
Dişləri saraldan qidalar
-
Hər gün üzüm yesək, nə olar?
-
Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Romantik axşam üçün sevgi dolu 5 maraqlı film
-
Günün qoroskopu: Hər bir qərarı çox ehtiyatla verin
-
"Barselona" - "Real": hansı kanallarda?
-
Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
“Səhər bunu yeyəndə efirdə yuxum gəlir” - Aytən Səfərova
-
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
-
Eldəniz və Sənan Astanada tarix yazdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
Qızıl aldı, ziyana düşdü - (Video)
-
Toralın komandası böyük hesabla qalib gəldi
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
“Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq” - Dambrauskas
-
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov





