Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dənizkənarı Milli Parkda üç gün davam edən Zeytun Festivalı oktyabrın 25-də başa çatıb. Festivalın son günü də yerli məhsulların təqdimatı, musiqi və əyləncə proqramı ilə yadda qalıb.
Milli.Az xəbər verir ki, zeytun yığımı mövsümünə təsadüf edən tədbirdə müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları nümayiş olunub. Bulvarda qurulan pavilyonlarda ziyarətçilər məhsulların çeşidləri ilə tanış olmaq, istehsalçılarla birbaşa ünsiyyət qurmaq və alış-veriş etmək imkanı əldə ediblər.
Festivalın əsas məqsədi Azərbaycanın zeytunçuluq ənənələrini təbliğ etmək, yerli istehsalçıları tanıtmaq və dəstəkləmək, eləcə də bu sahədə milli brendin formalaşmasına töhfə vermək olub.
Üç gün ərzində festivalın musiqi və əyləncə proqramı da ziyarətçilərin marağına səbəb olub.
Festivalın axşam konsertində Azad Şabanov və Zamiq Hüseynov sevilən mahnılarını ifa ediblər. Xalq artisti Aygün Kazımovanın çıxışı isə festivalın musiqi proqramına yekun vurub.
Yağışlı havaya baxmayaraq, şəhər sakinləri və paytaxtın qonaqları festivalın son günündə də əraziyə gəlməkdə davam ediblər. Ziyarətçilər konsertləri izləyib, musiqinin sədaları altında rəqs edib, ailələri və dostları ilə birlikdə vaxt keçiriblər.
Qeyd edək ki, Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, "Absheron Olive Gardens" və "Olivea" zeytun məhsullarının sponsorluğu ilə təşkil olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
8 km bazarının yanında məqalələri yapon dilinə çap olunan alim kolbasa satır - (Foto)
-
Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Bəylə gəlinin bu addımı müzakirə yaratdı - (Video)
-
Nadir İsmayılov vəfat etdi
XƏBƏR LENTİ
-
Hər gün üzüm yesək, nə olar?
-
Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Romantik axşam üçün sevgi dolu 5 maraqlı film
-
Günün qoroskopu: Hər bir qərarı çox ehtiyatla verin
-
"Barselona" - "Real": hansı kanallarda?
-
Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
“Səhər bunu yeyəndə efirdə yuxum gəlir” - Aytən Səfərova
-
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
-
Eldəniz və Sənan Astanada tarix yazdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
Qızıl aldı, ziyana düşdü - (Video)
-
Toralın komandası böyük hesabla qalib gəldi
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
“Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq” - Dambrauskas
-
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
-
Deputat oğlunun qətlə yetirilən Ceyhunla gizli keçmişi: "Qara biznes" və ortaq foto üzə çıxdı
-
Tramp: İrana qarşı hərbi əməliyyat keçirə bilərik
-
Deputatın oğlu barəsində dörd aylıq həbs qərarı verildi - Yenilənib - (Video)
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub





