Ölkə

Qızıl aldı, ziyana düşdü - (Video)

25 Oktyabr 2026 22:33
Baxış: 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Zərgərin aldığı qızılın içərisindən mənşəyi bilinməyən material çıxıb. O, bir ovuc qızılı tək-tək kəsib, içərisini təmizləyib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, belə bir video sosial şəbəkələrdə yayılıb. 

Həmin görüntüdə zərgər iddia edir ki, ona xeyli ziyan dəyib.

Qızıl satışı ilə məşqul olan Aynur Cavadova deyir ki, bu cür fırıldağa hər kəs yox, əsasən, pərakəndə qızıl satanlar əl atır. Onun sözlərinə görə, son vaxtlar belə hallar çoxalıb. 

Satıcılar deyirlər ki, bəzi şəxslər çəkini artıq göstərmək üçün fərqli üsullara əl atırlar.

Satıcıların sözlərinə görə, qızıl alan zaman həm qramında, həm də qaşlarında aldanmamaq üçün onu bir neçə yerdə yoxlatmaq lazımdır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.