Maraqlı

Ev açarlarını bu 3 yerə qoymayın

1 Noyabr 2026 02:02
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Açarları evə girən kimi masanın və ya çarpayının üzərinə atmaq geniş yayılmış vərdiş olsa da, xalq inanclarına görə bu, evdəki bərəkət və hüzura mənfi təsir edir.

Milli.Az inanclara görə açarların qətiyyən qoyulmamalı olduğu 3 yeri təqdim edir:

Yemək masasının üstü: Yemək masası ailə hüzurunun, bərəkətin və qonaqpərvərliyin rəmzi hesab olunur. Xarici aləmlə təmasda olan açarın masaya qoyulmasının evdəki harmoniyanı və ruzini azaldacağına inanılır.

Çarpayı və tumboçkanın (komodun) üstü: Açarlar evin mühafizəsi və xarici aləmlə əlaqə simvoludur. Onların yataq zonasına qoyulmasının evin daxili dincliyinə və rahatlığına mənfi təsir göstərdiyi düşünülür.

Giriş qapısının qarşısı və döşəmə (yer): Açar şəxsi məkanı və evi təmsil edir. Onu yerə və ya qapı ağzına səliqəsiz şəkildə atmaq, diqqətsiz davranmaq xalq inanclarında düşərsizlik və bədbəxtlik işarəsi sayılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.