Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub.
Milli.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir incəsənətə həsr edilmiş beynəlxalq mədəniyyət məkanı "Wadi AlFann"ın sifarişi ilə hazırlanan "Zikra: xatirələr gecəsi" tamaşası çoxsaylı mükafatlara layiq görülmüş rejissor və xoreoqraf Əkrəm Xanın ən son yaradıcılıq işidir.
Müasir rəqs və klassik hind rəqsinin özünəməxsus hərəkət dilini bir araya gətirən Əkrəm Xan bu layihədə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq edib. Tamaşanın səhnə tərtibatı və geyim dizaynı da onun tərəfindən hazırlanıb. Layihə Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Fondunun tərəfdaşlığı ilə təqdim olunur.
Ərəb dilində "yaddaş" və "xatırlama" mənalarını verən "Zikra" bir gecəlik ritual kimi düşünülüb. Tamaşada qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşaraq keçmişlə bu günü birləşdirir, mənəvi yenilənmə aktını gerçəkləşdirirlər.
Tamaşanın orijinal musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib. Musiqi 40-dan çox beynəlxalq ifaçının iştirakı ilə hazırlanıb. Buraya Əl-Ula şəhərinin yerli musiqiçilərinin ifalarının audioyazıları da daxildir. Layihə Əl-Ulanın incəsənət və dizayn mərkəzi olan "Madrasat Addeera", Əl-Ula Musiqi Mərkəzi və yerli icmanın üzvləri ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
"Akram Khan Company"nin bədii rəhbəri və həmtəsisçisi Əkrəm Xan bildirib: "Zikra: xatirələr gecəsi" yaddaş, nələri gələcəyə daşımağı seçdiyimiz və nələri geridə qoymalı olduğumuz barədə şəxsi və mənəvi düşüncələri əks etdirən bir əsərdir. Mənal Əl-Dovayan ilə əməkdaşlıq etmək və Əl-Ulanın təbii mənzərələri fonunda "Zikra"nı yaratmaq mənə incəsənətin müxtəlif mədəniyyətləri, coğrafiyaları və nəsilləri birləşdirmək gücünü bir daha xatırlatdı. Bu əsər şirkətin hazırkı yaradıcılıq mərhələsi üçün mənalı bir yekun təsiri bağışlayır. O, son 25 ildə bizi formalaşdıran hekayələrin, ideyaların və əlaqələrin bir növ bayramıdır"
Tamaşanın vizual dünyası "Wadi AlFann"ın rəssamı Mənal Əl-Dovayan tərəfindən yaradılıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.
"Zikra" layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın irsindən qaynaqlanan həndəsi naxışlar isə hər bir obrazın rolunu və simvolik mənasını vurğulayır.
Mənal Əl-Dovayan deyib: "Zikra: xatirələr gecəsi" yaddaşın gücü, qadınların hekayələri və icmanın birliyi haqqındadır. Bu layihə mənim üçün şəxsi baxımdan da mühüm mərhələdir. Çünki ilk dəfədir ki, həm geyim, həm də səhnə tərtibatı üzərində çalışıram. Eyni zamanda, dostum və böyük yaradıcılıq potensialına malik Əkrəm Xanla ilk əməkdaşlığımdır. Bu unikal fürsət mənə ifaçılıq sənətini öz yaradıcılıq fəaliyyətimə daxil etmək, səhnə performansını, səsi, geyim dizaynını və yerli sənətkarlığı bir araya gətirərək, keçmişə ehtiram göstərmək və gələcəyə ilham vermək imkanı yaradıb".
Əsər Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiət mənzərələrindən ilhamlanaraq hazırlanıb. Tamaşanın məkan üçün xüsusi olaraq yaradılmış dünya premyerası 2025-ci ilin yanvarında Əl-Ulanın qədim vahəsində, səhranın qayalı kanyonları fonunda, açıq səma altında nümayiş etdirilib. Bu təqdimat "AlUla Arts Festival 2025" çərçivəsində baş tutub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
XƏBƏR LENTİ
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)





