Cəmiyyət

Kəmaləddin Heydərovdan yeni təyinatlar

31 Oktyabr 2026 18:52
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin edilib.

Diqqətçəkən digər bir təyinat isə Sumqayıt Regional Mərkəzinin boşalan rəisi kürsüsü ilə bağlıdır.

Belə ki, vəzifəsindən azad edilən polkovnik V. Fətullayevin yerinə daha əvvəl Şimal-qərb Regional Mərkəzinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev gətirilib.

Vüqar Ağayev artıq FHN-in Sumqayıt Regional Mərkəzinə rəis təyin olunaraq yeni işinə başlayıb.

Fotoda: Vaqif Fətullayev 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.