DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DanceAbility Azerbaijan-ın "Sərhədsiz uçuş" sərgisi məlumatlılığın artırılması, iştirak və birgə fəaliyyət üçün məkan yaradır. İmperator qartalına, digər yırtıcı quşlara və Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş quş növlərinə diqqət yetirən sərgi ziyarətçiləri quşlara və paylaşdığımız ekosistemlərə daha qayğı ilə yanaşmağa çağırır.
"Bakıya uçuş. İncəsənət Həftəsonu" çərçivəsində hazırlanan layihə insan fəaliyyəti və infrastrukturun quşlara, onların yaşayış mühitinə və sağ qalmasına təsirini araşdırır. Elektrik xətləri və dirəkləri, külək turbinləri, binalar və şüşə səthlərlə toqquşmalar, eləcə də yırtıcı quşların qanunsuz ovlanması, tutulması və ticarəti sərgidə diqqət çəkilən əsas təhlükələrdir.
Sərgi ziyarətçilərə müxtəlif formatlarda iştirak imkanı yaradır. İnklüziv rəqəmsal rəqs performansı, mətn və illüstrasiyalarla təqdim olunan hekayə, interaktiv detektiv oyunları və panel müzakirələri vasitəsilə onlar həm mövzu ilə bağlı məlumat əldə edə, həm də təbiətlə münasibətləri və onun qorunmasında öz rolları barədə düşünə bilərlər.
Layihə əlilliyi olan insanların birbaşa iştirakı ilə hazırlanıb və müxtəlif ziyarətçilərin ehtiyaclarını nəzərə alır. İşarə dili tərcüməsi, audiotəsvir və sensor vasitələr kimi həllər sərgidə universal dizayn prinsiplərinin tətbiqinə xidmət edir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
XƏBƏR LENTİ
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu





