“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yaddaşdan ötə" sərgisində Faiq Əhmədin "Azərxalça" ASC ilə əməkdaşlıq çərçivəsində yaratdığı "Eskizdən xalçaya" kolleksiyasından və Fərid Rəsulovun "Azərxalça" ASC ilə birgə ərsəyə gətirdiyi "Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları" kolleksiyasından xalçalar nümayiş olunur. Sərgi "Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" proqramı çərçivəsində təqdim edilir. Kuratoru Emin Məmmədovdur.
Sərgi mədəni yaddaşın materiallarda, məkanlarda və gündəlik təcrübələrdə necə qorunub yenidən formalaşdığını araşdırır. Faiq Əhməd və Fərid Rəsulovun fərqli yaradıcılıq yanaşmaları ənənənin müasir incəsənətdə yeni məna və ifadə imkanları qazanmasını göstərir.
Faiq Əhmədin "Eskizdən xalçaya" kolleksiyası yaradıcı ideyanın ilkin eskizdən toxunmuş xalçaya qədər keçdiyi yolu təqdim edir. Məhdud sayda hazırlanan kolleksiyaya hərəsindən 10 ədəd olmaqla yeddi xalça daxildir: "Turquoise, Göyçəli", "Midnight, Qonaqkənd", "Spring, Göyçəli", "Rose, Göyçəli", "Ink, Göyçəli", "Crystal, Göyçəli" və "Magenta, Qonaqkənd". Quba və Qərbi Azərbaycan xalçaçılıq məktəblərindən ilhamlanan xalçalar yun və ipək sapların qarışığından toxunub. Ənənəvi motivlər rəqəmsal təhriflər, optik illüziyalar, ərimə effektləri və piksel elementləri ilə yenidən şərh olunur.
Fərid Rəsulovun "Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları" kolleksiyasına altı xalça daxildir: "Ağ at və quşların nağılı", "Qarabağ atının əfsanəsi", "Zəriflik naxışı", "Qızılı lələklərin əks-sədası", "İlmələrdəki pələng" və "Gecənin tacı nar". Yun və ipək qarışığından hazırlanan xalçalar 3D texnikası ilə toxunub. Kolleksiya Qarabağ xalçaçılıq məktəbinin ornamental dilini müasir vizual hekayələrlə birləşdirir.
Hər iki kolleksiyanın xalçaları "Azərxalça"nın bölgələrdəki emalatxanalarında təcrübəli qadın toxucular tərəfindən əl ilə hazırlanıb. Beləliklə, sərgidə ənənəvi toxuculuq sənəti müasir bədii yanaşmalarla yanaşı təqdim olunur. Faiq Əhməd xalçanın vizual quruluşunu və ornamentin dəyişmə imkanlarını araşdırır, Fərid Rəsulov isə xalçanı mədəni yaddaşın və hekayələrin daşıyıcısı kimi təqdim edir.
"Yaddaşdan ötə" sərgisi mədəni irsi dəyişməz keçmiş kimi deyil, yeni mənalar yaratmağa davam edən canlı proses kimi nəzərdən keçirir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
XƏBƏR LENTİ
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq





