Cəmiyyət

Güləşçimiz dünya çempionatında qələbə qazandı

1 Noyabr 2026 17:21
Baxış: 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının təsəlliverici görüşündə qələbə qazanıb.

Milli.Az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Kosovo güləşçisi Eqzon Xoniyə qalib gələrək bürünc medal uğrunda mübarizəni davam etdirir.

Turan Bayramovun növbəti rəqibi Tacikistan təmsilçisi Viktor Rassadin olacaq. Azərbaycan güləşçisi bu qarşılaşmada da qələbə qazanacağı təqdirdə, bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyagi ilə üz-üzə gələcək.

Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatı noyabrın 1-də başa çatacaq.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.