Cəmiyyət

Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

1 Noyabr 2026 13:53
Baxış: 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna bu ölkənin İnqilab Günü münasibətilə ünvanladığı təbrik məktubundabildirib.

"İnanıram ki, qardaş xalqlarımızın maraqlarına uyğun olaraq əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram", - deyə dövlətimizin başçısı vurğulayıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.