Azərbaycan mətbuatından oğurlanan pullar
Azərbaycanda mətbuat ciddi maliyyə çətinlikləri ilə üzləşməyə başlayıb və bunun əsas səbəblərindən biri qlobal İT nəhəngləridir.
"Facebook", "Instagram", "TikTok", "X", "YouTube" və "Google" Azərbaycanda reklam bazarının demək olar ki, bütününü ələ keçirib. Bu platformalar texniki imkanları sayəsində reklam qiymətlərini aşağı səviyyədə saxlayır və bununla da Azərbaycan mediasını reklamverənlərdən məhrum edir. Bununla yanaşı, qlobal İT nəhəngləri Azərbaycan mediasının məzmunundan icazəsiz istifadə edir, lakin bunun müqabilində heç bir ödəniş etmirlər.
Bu problem təkcə Azərbaycana deyil, bütün dünyaya xasdır. Məsələn, Kanadada "Google" və "Meta" birlikdə ümumi reklam bazarının təxminən 80 faizinə nəzarət edir. Kolumbiya Universitetinin tədqiqatçıları texnologiya nəhənglərinin xəbər jurnalistikasına ədalətli şərtlərlə nə qədər vəsait ödəməli olduğunu hesablayıblar. Onların qiymətləndirməsinə görə, təkcə ABŞ-də "Google" və "Meta" Amerika nəşriyyatlarına ildə 11,9-13,9 milyard dollar ödəməlidir. Bu, şirkətlərin hazırda ödədiyi məbləğdən xeyli çoxdur. Avstraliya, Kanada və Avropada da eyni səbəblərdən media orqanları fəaliyyətini dayandırır və əməkdaşlarının sayını azaldır.
Lakin bəzi ölkələrdə artıq mövcud vəziyyətdən çıxış yolu tapılıb. 2019-cu ildə Avropa İttifaqı nəşriyyatlar üçün, belə deyək, həmhüdud hüquqlar tətbiq edib. Bu hüquqlara əsasən, platforma nəşriyyatların materiallarından istifadə edirsə, bunun müqabilində ödəniş etməlidir. Bu normanı ilk dəfə Fransa tətbiq edib və "Google" Fransa nəşriyyatlarının alyansı ilə müqavilə imzalamaq məcburiyyətində qalıb. Şirkət məsuliyyətdən yayınmağa çalışıb və Fransa hakimiyyəti onu cərimələyib. Belə ki, 2021-ci ildə mətbuatla nadürüst danışıqlar apardığına görə 500 milyon avro, 2024-cü ilin martında isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə daha 250 milyon avro cərimə tətbiq edilib.
Avstraliya 2021-ci ildə platformaların media qurumları ilə danışıqlar aparmasını məcburi edən məcəllə qəbul edib. Nəticədə "Google" və "Meta" ildə 200-250 milyon Avstraliya dolları məbləğində ödənişi nəzərdə tutan 30-dan çox müqavilə imzalayıb. Hazırda Avstraliya daha irəli gedərək ödəniş etməkdən imtina edən platformalara xüsusi rüsum tətbiq edir. Kanada isə 2023-cü ildə onlayn xəbərlər haqqında qanun qəbul edib. İndi "Google" Kanada mediasına hər il 100 milyon Kanada dolları ödəyir.
Azərbaycan mediasının da hərəkətə keçməsinin vaxtıdır. Fransa təcrübəsindən çıxarılan əsas dərs budur ki, nəşriyyatlar ayrı-ayrılıqda mübarizə apardıqda uduzurlar. Fransada "Google" ilə danışıqlar zamanı müstəqil nəşrlər şirkətin onların parçalanmış mövqeyindən istifadə etdiyini açıq şəkildə etiraf ediblər. Nəticədə 2024-cü ildə Polşa, Bolqarıstan, Çexiya və Macarıstan da daxil olmaqla, 13 Avropa ölkəsindən 32 media qrupu birləşərək "Google"a qarşı 2,1 milyard avroluq iddia qaldırıb və işi Amsterdam məhkəməsinə təqdim edib. Bu, hətta kiçik ölkələrin mediasının da xarici məhkəmələrdə öz hüquqlarını birgə müdafiə edə biləcəyini göstərir.
Azərbaycan mediasının, Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin və jurnalistlərin peşəkar birliklərinin birgə fəaliyyətə başlamasının vaxtı çatıb. Bunun üçün ilk növbədə dəymiş real zərər hesablanmalı, nəşriyyatların hüquqlarının qanunvericiliklə təsbit edilməsinə nail olunmalı, platformalarla kollektiv danışıqlar aparılmalı və zərurət yaranarsa, o cümlədən xarici ölkələrin məhkəmələrinə müraciət edilməlidir. Əgər qlobal texnologiya nəhəngləri digər ölkələrdəki nəşriyyatlara ödəniş edirlərsə, Azərbaycan jurnalistikasının da onların gəlirlərini bundan sonra təmənnasız şəkildə artırmağa davam etməsi üçün heç bir əsas yoxdur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Prezident təqaüdü alanların sayı açıqlandı
-
Yanacaq doldurdu, amma şlanqı ayırmağı unutdu - Magistral yolda təhlükəli anlar - (Video)
-
Məktəblər qışa hazırdırmı? - Agentlikdən açıqlama
XƏBƏR LENTİ
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb





