Şou-biznes

Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi

2 Noyabr 2026 16:35
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əməkdar artist Rəşad İlyasov Xalq artisti Faiq Ağayevin festival səhnəsindəki görünüşü ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, müğənni "MTV Maqazin"ə müsahibəsində həmkarının "DreamFest"də seçdiyi səhnə obrazını birmənalı qarşılamadığını bildirib.

Rəşad İlyasov Faiq Ağayevin parikdən istifadə etməsinə toxunaraq bu seçimin dəb tendensiyalarına uyğun olmadığını söyləyib. Onun sözlərinə görə, həmkarı bu addımı məhz müzakirələrə səbəb olmaq üçün atıb:

"Bu, məqsədyönlü idi. Mənim kimi ifaçılar, sizin kimi aparıcılar danışsın deyə parikdən istifadə edib. Baxmayaraq ki, dəb deyil. Mən də sözümü dedim".

Əməkdar artistin bu fikirləri iki tanınmış sənətçi arasında səhnə obrazı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.