ADY fotomüsabiqə elan edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə "Dəmir Yolları - zamanın obyektivində" mövzusunda fotomüsabiqə elan edir.
Milli.Az xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan dəmir yolunun tarixini, inkişafını və müasir nailiyyətlərini fotoqrafiya vasitəsilə təbliğ etmək, dəmir yollarının ölkənin sosial-iqtisadi həyatındakı rolunu ictimaiyyətə çatdırmaq, bədii-sənədli fotosalnaməni zənginləşdirmək və yaradıcı potensialı üzə çıxarmaqdır.
Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hər kəs iştirak edə bilər.
Müsabiqə 3 noyabr - 7 dekabr tarixlərində keçiriləcək. Bu müddətdə fotoaparat, smartfon və dronla çəkilmiş fotolar müsabiqəyə qəbul olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun fotoşəkilləri müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə [email protected] elektron ünvanına göndərməlidirlər.
Müsabiqəyə göndərilən nümunələr peşəkar fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirəcək.
"Dəmir Yolları - zamanın obyektivində" mövzusunda fotomüsabiqənin şərtləri:
• fotolar Azərbaycan dəmir yolları mövzusuna aid olmalıdır;
• hər iştirakçı ən çox 5 foto təqdim edə bilər;
• fotolar ağ-qara və ya rəngli və JPEG (JPG) formatında olmalı, uzun tərəfi 1500 piksel təşkil etməlidir;
• fotoların üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır;
• fotonun adında müəllifin adı, soyadı və əsərin adı göstərilməlidir;
• yalnız rəng balansı, kontrast və buna bənzər düzəlişlərə icazə verilir;
• süni intellektlə hazırlanmış və ya dəyişdirilmiş fotolar qəbul olunmur;
• fotolarda əks olunan şəxslərin razılığının alınması fotoqrafın məsuliyyətindədir;
• qalib gələcək fotoların orijinal versiyası müəllifdən tələb olunacaq.
Mükafatlandırma:
Müsabiqədə I, II və III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunacaq:
• I yer - 500 AZN
• II yer - 300 AZN
• III yer - 200 AZN
İştirakçıların hər birinə "İştirakçı sertifikatı" təqdim olunacaq. Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət sərgi keçiriləcək.
"Dəmir Yolları - zamanın obyektivində" mövzusunda fotomüsabiqədə iştirakla bağlı sualları təşkilatçılara ünvanlaya bilərsiniz.
Əlaqə nömrəsi: +994 51 526 87 28
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Siyasi varislik, yoxsa milli xəyanət?
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)
-
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
“Qırmızı körpü”də yük maşınlarından 40 ton dizel və gizli yüklər tapıldı
-
Bakıda maşın "Arzum" mağazasına girdi
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə





