Cəmiyyət

DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq

2 Noyabr 2026 17:48
Baxış: 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Son dövrlərdə kibertəhlükəsizlik təhdidlərinin, zərərli proqram təminatlarının yayılması və müxtəlif kiberhücumların sayının artması internet istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyinin qorunmasını daha da aktuallaşdırır.

Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir.

İstifadəçilər DİM-in elektron xidmətlərinə və "Şəxsi kabinet"lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar. Xüsusilə, tanımadıqları internet klublarda, ictimai istifadə üçün nəzərdə tutulmuş kompüterlərdə və təhlükəsizliyinə əmin olmadıqları digər cihazlarda şəxsi hesablarına daxil olmaqdan çəkinməlidirlər.

Həmçinin istifadəçilərə şəxsi hesablarının giriş məlumatlarını, şifrələri və təsdiq kodlarını digər şəxslərlə paylaşmamaq, tanımadıqları şəxslərdən və ya şübhəli mənbələrdən daxil olan keçidlərə (linklərə) klikləməmək və s. təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur:

Qeyd edək ki, şəxsi hesabların və məlumatların təhlükəsizliyinin təmin olunması yalnız müvafiq informasiya sistemlərinin texniki mühafizəsindən deyil, həm də istifadəçilərin təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmasından asılıdır.

Dövlət İmtahan Mərkəzi istifadəçiləri elektron xidmətlərdən yararlanarkən diqqətli olmağa, şəxsi məlumatlarının qorunmasına məsuliyyətlə yanaşmağa və kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.