Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər.
Milli.Az xəbər verir ki, 2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq.
2-30 noyabr 2026-cı il tarixlərini əhatə edən kampaniya Bakı metrosu və avtobuslarda keçərlidir. Kampaniya müddətində TəhsilPlus kartı ilə "Apple Pay" və ya "Google Pay" vasitəsilə NFC ödənişi edən istifadəçilərin bazar ertəsindən cüməyədək ilk gedişi 1 qəpik təşkil edəcək.
Güzəşt hər kart üzrə gündə bir dəfə tətbiq olunur. Gün ərzində ikinci və sonrakı gedişlər standart tariflə hesablanır. Bununla belə, TəhsilPlus kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə də 10% bonus tətbiq edilir.
Hazırda TəhsilPlus kartlarının ölkə üzrə təhsil işçilərinə təqdim edilməsi prosesi mərhələli şəkildə davam etdirilir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində çalışan əməkdaşların kartlarla təminatına başlanılıb. Artıq aktiv kart istifadəçilərinin sayı 185 mini ötüb.
Qeyd edək ki, TəhsilPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" qlobal texnologiya şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Kart əməkhaqqı və debet kartı funksiyalarını özündə birləşdirməklə yanaşı, təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur. Kart istifadəçiləri, həmçinin ictimai nəqliyyatda və layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər sahələr üzrə endirim və bonuslardan yararlana bilirlər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
“Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib!
-
Koronavirusa yenidən yoluxma riski nə qədərdir?
XƏBƏR LENTİ
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Tbilisidə piyada körpüsündə güclü yanğın
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)
-
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
“Qırmızı körpü”də yük maşınlarından 40 ton dizel və gizli yüklər tapıldı
-
Bakıda maşın "Arzum" mağazasına girdi
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
Meşə torpaqlarını icarəyə vermək adı ilə rüşvət alıblar - Direktor həbs edildi
-
“Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib!
-
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək
-
“Barselona” Balde ilə bağlı qərarını verdi
-
Belçikanın Baş naziri istefa verdi - Səbəb
-
Bir ildə 30 nəfər ayıların qurbanı oldu - Ən təhlükəli bölgələr açıqlandı
-
Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"
-
Koronavirusa yenidən yoluxma riski nə qədərdir?
-
Oktyabrda hava iqlim normasından yuxarı olub





