İdman

Batrakovun transfer qiyməti açıqlandı

2 Noyabr 2026 16:15
Baxış: 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qalatasaray"ın heyətinə qatdığı rusiyalı futbolçu Aleksey Batrakovun mümkün transferi ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb.

Milli.Az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçev "RİA Novosti"yə açıqlamasında onun müqaviləsindəki sərbəstqalma bəndinin 55 milyon avro olduğunu açıqlayıb.

Agentin sözlərinə görə, hələlik Avropanın aparıcı komandalarından futbolçu ilə bağlı konkret təklif və ya maraq qeydə alınmayıb. O hesab edir ki, digər klublar Batrakovun Türkiyə çempionatındakı çıxışını izləmək və yeni mühitə uyğunlaşmasını qiymətləndirmək üçün zamana ehtiyac duyurlar.

Kuzmiçev həmçinin bir neçə oyunun futbolçunun potensialı barədə yekun fikir formalaşdırmaq üçün yetərli olmadığını bildirib.

Xatırladaq ki, "Qalatasaray" Aleksey Batrakovu 2026-cı ilin yayında Moskva "Lokomotiv"indən 25 milyon avroya transfer edib. Tərəflər arasında imzalanan müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmaya əsasən, oyunçunun növbəti satışından əldə ediləcək məbləğin 15 faizi "Lokomotiv"indir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.