Dünya

Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)

2 Noyabr 2026 23:12
Baxış: 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-nin Florida ştatında 9 nəfərin ölümü ilə nəticələnən "Learjet 60" markalı özəl biznes təyyarəsinin qəzaya uğraması zamanı səsyazısı üzə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, pilot qəza anından əvvəl təyyarənin sürətlə düşdüyünü bildirib.

"Dəqiqədə 20 min fut alçalırıq, yerə çırpılacağıq, vaxtımız qalmayıb", - deyə pilotun səsyazısında qeyd olunur.

Qeyd edək ki, pilot kəskin buzlaşma və şiddətli turbulensiya barədə məlumat verdikdən dərhal sonra idarəetməni itirib və təyyarə yaşayış binasının üzərinə çırpılaraq güclü partlayışa səbəb olub.

Xatırladaq ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həyatını itirib, hadisə yerində yaranan təhlükəli vəziyyətə görə ərazidən 600-dən çox sakin təxliyə edilib. Texasdan Baham adalarına doğru istiqamət götürən təyyarənin qəzaya uğrama səbəbləri ilə bağlı Mülki Aviasiya Qurumları tərəfindən araşdırmalar davam etdirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.