Dünya

Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)

2 Noyabr 2026 22:45
Baxış: 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avstraliyanın Karrata şəhərindəki hava limanında "Qantas" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki havaya qalxma zamanı alışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Pert şəhərinə uçmağa hazırlaşan təyyarədə baş verib.

Sərnişinlər "Airbus A320-232" tipli təyyarənin qanadının altından alov çıxdığını lentə alıblar.

Yanğın səbəbindən pilotlar havaya qalxma prosesini dayandırmaq və təyyarəni terminala qaytarmaq məcburiyyətində qalıb.

İlkin məlumatlara görə, yanğına mühərrikdəki nasazlıq səbəb olub.

"Qantas"ın nümayəndəsi bütün sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təyyarədən endiyini təsdiqləyib. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.