Azerbaijan Fashion Week: moda və kino arasında yaradıcı körpü - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moda və kino konsepsiyasına həsr olunan "Azerbaijan Fashion Week"in 21-ci mövsümü 2026-cı il dekabrın 3-4-də Bakıda keçiriləcək. Layihə yüksək modanı, kinematoqrafiyanı və teatr sənətini vahid yaradıcı məkanda bir araya gətirəcək.
Tədbir Azərbaycan kinematoqrafiyasının simvolik məkanlarından biri olan Nizami Kino Mərkəzində keçiriləcək. İki gün ərzində mərkəz dizaynerlərin, kino sənayesi nümayəndələrinin, yaradıcı ictimaiyyətin, beynəlxalq qonaqların və moda sahəsinin peşəkarlarının görüş məkanına çevriləcək.
Moda və kinonu birləşdirən məqamlar vizual estetikadan daha geniş məna daşıyır. Hər bir kostyumun, siluetin və obrazın arxasında müəyyən bir hekayə, xarakter və dövr dayanır. Kinematoqrafiyada geyim personajın xarakterinin açılmasında mühüm vasitəyə çevrilir, teatrda səhnə obrazını formalaşdırır, modada isə dizaynerin fərdi yaradıcılıq baxışını əks etdirir.
Bu bədii kəsişmədən çıxış edən "Azerbaijan Fashion Week" ənənəvi moda nümayişlərinin çərçivəsindən kənara çıxaraq müxtəlif yaradıcılıq sahələrinin qarşılıqlı əməkdaşlığı üçün yeni platforma yaratmağı hədəfləyir. Bu konsepsiyada podium səhnəyə, dizayner kolleksiyaları isə müstəqil vizual hekayələrə çevrilir.
Dəb həftəsinin əsas xüsusiyyətlərindən biri gənc azərbaycanlı aktyorların iştirakı olacaq. Onlar yalnız model qismində deyil, həm də kolleksiyaların ideyasını plastik hərəkətlər, xarakter və səhnə obrazları vasitəsilə ifadə edən bədii təqdimatın iştirakçıları kimi çıxış edəcəklər.
Tədbirin proqramında həm azərbaycanlı, həm də xarici dizaynerlərin iştirakə nəzərdə tutulub. Onların kolleksiyaları kino mövzusu ilə yaradıcı dialoq əsasında təqdim olunacaq. Yerli dizaynerlərin yaradıcılığına Azərbaycan filmləri və milli kinematoqrafiyanın yaddaşlarda iz qoymuş obrazları, o cümlədən əfsanəvi "Arşın mal alan" filmi ilham verəcək.
21-ci mövsümün mühüm istiqamətlərindən biri Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyası ilə əməkdaşlıq olacaq.
Tərəfdaşlıq çərçivəsində nümayiş məkanının kino çəkiliş meydançası estetikasında tərtib olunması nəzərdə tutulur. Bu məqsədlə kinostudiyanın fondlarında qorunan rekvizitlərdən və peşəkar avadanlıqlardan - kino kameralarından, işıqlandırma cihazlarından, rejissor kreslosundan, kino klaketindən və çəkiliş prosesinə aid digər atributlardan istifadə ediləcək.
Bununla yanaşı, Azərbaycan filmlərində istifadə olunmuş geyim nümunələrinə həsr olunan ayrıca ekspozisiyanın təşkili planlaşdırılır. Ziyarətçilər bu kostyumlar vasitəsilə milli kinematoqrafiyanın tarixi və ölkənin bədii irsinin mühüm bir hissəsi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Əsas moda nümayişləri ilə yanaşı, tədbir çərçivəsində tərəfdaşlar zonası və şourumun təşkili də nəzərdə tutulur. Burada qonaqlar müxtəlif brendlər və dizaynerlərin yaradıcılıq işləri ilə tanış ola biləcəklər.
Həmçinin dekabrın 3-ü və 4-ü gündüz saatlarında Azərbaycan filmlərinin xüsusi nümayişlərinin təşkili imkanı nəzərdən keçirilir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
DİGƏR XƏBƏRLƏR
-
Azerbaijan Fashion Week: moda və kino arasında yaradıcı körpü - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Ramil Qasımov və Emil Əfrasiyab birgə konsert verəcəklər- (Video)
XƏBƏR LENTİ
-
Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər” - Simonyan
-
Azerbaijan Fashion Week: moda və kino arasında yaradıcı körpü - (Foto)
-
Super Liqada ulduzları geridə qoydu: zirvədəki ad təəccübləndirdi - (Foto)
-
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından görüntülər paylaşıb - (Foto)
-
“Şevket” illər sonra - (Foto)
-
Tbilisidə binada partlayış - 5 nəfərin meyiti çıxarılıb
-
Mehmet Günsür və Devrim Özkan orqanlarını bağışladılar - (Foto)
-
Badamdarda sakinlərin təxliyəsi başladı - Yenilənib
-
Azərbaycan və Vyetnam bir sıra sənədlər imzalayacaqlar - (Video/Foto)
-
“RX Sərdaroğulları Holdinq”in direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
-
Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaqdan imtiha etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Vəkil Orxan Kəngərli həbs olunub - Yenilənib
-
Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb
-
Kvaratsxeliya "ilin adamı" seçildi
-
8 saatlıq yuxu qaydası dəyişir
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Məhəmməd Musayev Özbəkistanda bürünc medal qazandı - (Foto)
-
Abel Məhərrəmov Məleykə Abbaszadədən danışdı
-
Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək
-
Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib - (Foto)
-
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb





