Maraqlı

Laminat parket tarixə çevrilir - yeni alternativlər

20 Noyabr 2026 00:35
Baxış: 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Uzun illər populyar olan laminat parketin zaman keçdikcə şişməsi və deformasiyaya uğraması insanları daha davamlı və estetik seçimlərə yönəldib. Təbii ağac parket uzunömürlü olması və lak vasitəsilə rənginin dəyişdirilə bilməsi ilə seçilsə də, bahalı başa gəlir, nəmlik və cızıqlara həssasdır. Daha qənaətcil ağac parket alternativləri isə isti görünüş versə də, nəmliyə görə hər otağa uyğun olmaya bilər.

Milli.Az xəbər verir ki, vinil döşəmə örtükləri asan təmizlənməsi, zərbələrə və nəmliyə davamlılığı, eləcə də kilidli modellərinin asan quraşdırılması ilə diqqət çəkir. Mətbəx və hamam kimi nəmin çox olduğu yerlərdə isə uzunömürlü və asan təmizlənən keramika və çini (porselen) kafellərə üstünlük verilir, lakin onların səthinin soyuq və sürüşkən ola bilməsi mənfi cəhət sayılır.

Döşəmədən əvvəl nələrə diqqət edilməlidir?
Mütəxəssislər yeni örtük çəkməzdən əvvəl mövcud səthin yoxlanılmasını tövsiyə edirlər: üzmə (yüzer) sistemlə döşənən laminatlar ehtiyatla sökülə bilir, yapışdırılan örtüklərdə isə daha çox iş tələb olunur. Bundan əlavə, yeni örtük suya davamlı olsa belə, zədələnməməsi üçün əvvəlcə su sızması və yüksək nəmlik kimi problemlər aradan qaldırılmalıdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.