Hadisə

“Atlant”ın rəhbəri vəfat etdi

20 Noyabr 2026 10:08
Baxış: 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nabranda yerləşən "Atlant" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.

Milli.Az Bizim.mediaya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Bildirilib ki, Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl mərhumun rəhbəri olduğu "Atlant" Ailəvi İstirahət Mərkəzi müsadirə edilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.