Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olundum. Mənə göstərdiyi etimada görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".
Milli.Az xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin "Facebook" hesabındakı paylaşımında yer alıb.
"Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm.
Dünən DİM-də doğma kollektivimlə sağollaşdım. Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi ürək rahatlığı ilə həmkarlarıma həvalə edirəm.
1999-cu ildə ilk dəfə internet vasitəsilə vətəndaşlara məlumat çatdırdığımız günləri yaxşı xatırlayıram. O vaxt bu, bizim üçün həm yenilik idi, həm də çətin bir iş. Sonralar da belə işlərdən çəkinmədik. İstəyirdik ki, ölkənin harasında yaşamasından asılı olmayaraq, hər kəs imtahanın qaydalarını aydın bilsin, lazım olan məlumatı özü tapa bilsin və nəticəsinə etibar etsin. Bu işə hamımız könlümüzü qoyduq.
İlk illərdən yanımda olan həmkarlarıma da, son illərdə bizə qoşulanlara da ürəkdən təşəkkür edirəm. Yeni həmkarlarımızın "Bunu başqa cür edə bilərikmi?" sualı ilə başlayan neçə söhbətimiz sonradan birgə gördüyümüz işə çevrildi. İllərin təcrübəsi ilə onların həvəsi bir araya gələndə mən özüm də çox şey öyrəndim. Sizinlə işləməkdən həmişə zövq almışam. Bu gün bunu bir daha demək istədim.
Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır.
Universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır.
İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm", - paylaşımda deyilir.
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik
-
Xalq artisti: “Qızım üçün tiktoker də olaram” (Video)
-
Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
-
Hava ilə bağlı son məlumat
-
Ağdam yeni inkişaf mərhələsindədir - Kamaləddin Qafarov
-
Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - (Foto)
-
Seda Sayan: “Bacımın ərinin xəyanət etdiyi qadını tapıb evə gətirdim"
-
Azərbaycan nefti bahalaşdı
-
“Atlant”ın rəhbəri vəfat etdi
-
Fransada antisemitizm təhlükəsi böyüyür - Yəhudilər ölkədən köçməyə hazırlaşır
-
Karles Puyola vəzifə verildi
-
Trampı “Qiyamət günü” təyyarəsi müşayiət edib
-
Bakı–Balakən qatarının hərəkəti bərpa edilir
-
Məşhur türk serialı final edir - Tarix açıqlandı
-
Göyçayda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var
-
"Real" Tçuameni ilə bağlı qərarını verdi
-
İlk müsəlman senator: "Vəzifəmin icrasına Qurani-Kərimə and içərək başlayacağam"
-
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - (Foto)
-
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir - (Foto)
-
Elgiz: “Ağzım açılsa, pis olacaq, 16 min pul alırsınız”
-
Paytaxtın 9 küçəsində tıxac var
-
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib - (Foto)
-
Papaq taxıb həbsxanadan piyada çıxdı: məhkum hər yerdə axtarılır
-
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - (Foto)





