Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cinayət törətmiş şəxslərin hərbi xidmətə çağırılması məsələsi qanunvericilikdə müəyyən qaydalarla tənzimlənir. Belə ki, cinayət törətmək və ya məhkumluğun olması hər bir halda hərbi xidmətdən azad edilmək demək deyil. Bəzi hallarda şəxslərin hərbi xidmətə çağırılması müvəqqəti dayandırılır, müəyyən cinayətlərə görə məhkum olunanlar isə ümumiyyətlə çağırışa cəlb edilmirlər. Bəs hansı cinayətləri törətmiş şəxslər hərbi xidmətə çağırılmır? Məhkumluğu ödənilmiş və ya götürülmüş şəxslərin hərbi xidmətə çağırılması mümkündürmü?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a açıqlama verən hüquqşünas Səməd Vəkilov həqiqi hərbi xidmətə çağrış Hərbi vəzifə və hərbi xidmət haqqında qanunla tənzimlənir deyib.
"Qanunun 22-ci maddəsində müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşların dairəsi müəyyən edilib.
Maddəyə əsasən aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar:
İctimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar;
Əvvəllər qəsdən törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar;
Barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar;
Qanunun həmin maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
-
Ağdamın ikinci həyatı: 27 illik işğaldan Böyük Qayıdışa
-
Media və Yayım Şurasının müsabiqə qaydaları dəyişir
-
Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək
-
Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik
-
Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
XƏBƏR LENTİ
-
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
-
Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
-
Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
-
Rusiya Kiyevə zərbələr endirdi: Ölən və yaralananlar var
-
Bakıda sürücü avtobusu saxlamadı, sərnişin şüşəni sındırıb qaçdı - (Video)
-
Murad Arif: "Belə "çuşka" qalacaqsınız həmişə” (Foto)
-
Ağdamın ikinci həyatı: 27 illik işğaldan Böyük Qayıdışa
-
Le Penin partiyasının qərargahında axtarış - Məxfi məlumatlar ötürülüb?
-
"Real" 80 milyona Messinin davamçısını alacaq
-
Media və Yayım Şurasının müsabiqə qaydaları dəyişir
-
Tanınmış vəkilə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
-
Azərbaycan və Vyetnam iqtisadi möcüzəyə imza atıblar - Trend-in xüsusi müxbirinin reportajı - (Video)
-
Gürcüstanda matəm elan olundu
-
Hanoy küçələri bayraqlarımızla bəzədildi - (Video)
-
Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv oldu
-
Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək
-
Elman Əhmədov vəfat etdi
-
“Param Yok Pulum Yok”un məşhur əkizləri illər sonra üzə çıxdı
-
Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik
-
Xalq artisti: “Qızım üçün tiktoker də olaram” (Video)
-
Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
-
Hava ilə bağlı son məlumat
-
Ağdam yeni inkişaf mərhələsindədir - Kamaləddin Qafarov
-
Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - (Foto)





