Dünya

Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək

20 Noyabr 2026 12:18
Baxış: 39
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən idxal edilən benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarına tətbiq olunan gömrük idxal rüsumlarını sıfırlayıb.

Qərar İran, Türkmənistan və Azərbaycandan yanacağın güzəştli şərtlərlə idxalına imkan verəcək.

Bu barədə "Asia-Plus" məlumat yayıb.

Müvafiq 744 nömrəli qərar noyabrın 10-da qəbul edilib və noyabrın 13-də "Cümhuriyyət" rəsmi qəzetində dərc olunub.

Sıfır gömrük rüsumu dekabrın 31-dək qüvvədə olacaq və mayeləşdirilmiş qaz da daxil olmaqla neft məhsulları və neft qazlarına şamil ediləcək. Bununla yanaşı, xam neft bu qərarın təsiri altına düşmür.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.