Hadisə

Tanınmış vəkilə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu

20 Noyabr 2026 11:26
Baxış: 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Alyans" vəkil bürosunun rəhbəri Orxan Kəngərli həbs edilib.

Milli.Az Lent.az-a istinadla xəbər verir ki, onunla birgə daha bir nəfər həbs edilib.
Orxan Kəngərli ilə birgə həbs edilən aptek müdiri Xalid Mustafayevdir. 

Ona Cinayət Məcəlləsinin 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, o, vəkil Orxan Kəngərliyə narkotik tərkibli dərmanları reseptsiz satırmış.

Məhkəmənin qərarı ilə X. Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, X.Mustafayev 2019-cu ildə də eyni əmələ görə həbs edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.