Şou-biznes

Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)

20 Noyabr 2026 12:12
Baxış: 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkələrdə yayılan mübahisəli video ilə bağlı mövqeyini açıqlayıb.

Milli.Az xəbər verir ki, bir qrup qadının pul müqabilində spirtli içki qəbul etdiyi kadrlar aparıcının da diqqətini çəkib. Rövşanə Ağasəfqızı bu cür görüntülərin çəkilərək ictimaiyyətə təqdim olunmasını yolverilməz hesab etdiyini bildirib.

O, paylaşımında hər kəsin şəxsi davranışına görə özü məsuliyyət daşıdığını, lakin əxlaqi dəyərlərə zidd hesab etdiyi hərəkətlərin cəmiyyətə nümayiş etdirilməsinə qarşı olduğunu vurğulayıb.

Aparıcı xüsusilə belə məzmunu hazırlayıb yayanların məsuliyyətə cəlb edilməli olduğunu qeyd edib:

"Beş manat pula görə ağzına nə gəldi dürtən və danışanların görüntüsü niyə mənim qarşıma çıxmalıdır axı? Kim nə edir özü bilər. Əxlaqına, tərbiyəsinə özü cavabdehdir. Amma tərbiyəsizliyini və əxlaqsızlığını cəmiyyətə sırıyanlar, ətrafa yayanlar, bunu çəkib paylaşanlar cəzalandırılmalıdır".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.