Şou-biznes

Elgizi şərlədilər, əsəbiləşib özündən çıxdı (Video)

20 Noyabr 2026 13:29
Baxış: 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aparıcı Elgiz Əkbər xəstələrə yardım məsələsi ilə bağlı səsləndirilən ittihamlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, o, efirdə başına gələn hadisələrdən birini danışaraq qeyd edib ki, bir dəfə çətin vəziyyətdə olan ana və övladı ondan kömək istəyib. Həmin uşağın probleminin həllindən sonra digər xəstəyə də dəstək göstərilməsinin mümkün olduğunu söyləyib. Lakin qadının bu cavabdan narazı qaldığını və hadisədən iki gün sonra həyat yoldaşı ilə birlikdə uşağı qucağında hansısa saytı çağıraraq çəkiliş etdirdiyini iddia edib.

Elgizin sözlərinə görə, həmin çəkiliş zamanı onun qadından 5 min manat istədiyi bildirilib. Aparıcı isə bu ittihamı qəti şəkildə rədd edib və indiyədək heç bir xəstə uşağa ayrılan vəsaiti mənimsəmədiyini vurğulayıb.

O, fikirlərini sərt şəkildə ifadə edərək, əgər indiyə qədər hər hansı xəstənin və ya uşağın pulunu özünə götürübsə, öz övladının da eyni vəziyyətə düşməsini arzuladığını deyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.