Milli İncəsənət Muzeyi “Teatrın gəncləri” layihəsinə start verildi - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Azərbaycan Milli İncəsənət Muzeyi "Teatrın gəncləri" layihəsinə start verdi. Layihənin ilk tədbiri "Gənc vokal artistlərinin konserti" adlı musiqi gecəsi ilə baş tutdu. Gənc ifaçıların sənət potensialının nümayişi, onların yaradıcılıq imkanlarının genişləndirilməsi və səhnə fəaliyyətinə dəstək məqsədi daşıyan layihə ilk konserti ilə yadda qaldı.
Gecədə giriş sözü ilə çıxış edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Ramil Qasımov layihənin əhəmiyyətindən bəhs edərək, gənc sənətçilərin yaradıcılıq inkişafı, onların səhnə təcrübəsinin artırılması və sənət yolunda yeni imkanların əldə olunması baxımından bu təşəbbüsün xüsusi rolunu vurğuladı. O, layihənin gənc ifaçıların sənət dünyasına daha yaxından tanıdılması və istedadlarının geniş auditoriyaya təqdim olunması üçün mühüm platforma olacağını qeyd etdi.
Teatrın direktoru, Xalq artisti Yusif Eyvazovun gənclərə göstərdiyi diqqət və dəstəkdən bəhs edən Ramil Qasımov, gənc nəslin inkişafına qayğı ilə yanaşılmasının və onların yaradıcılıq fəaliyyətinin təşviq edilməsinin teatrın prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırdı. Ramil Qasımov çıxışında layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirərək, bu təşəbbüsün reallaşmasında onların töhfəsini xüsusi qeyd etdi.
Konsert proqramında teatrın gənc vokal artistləri Məhəmməd Şəmmədov, Günel Hacıyeva, Aynel Mehdiyeva, Emil İsmayılov, Rəşad Həsənzadə, Gülzar Hüseynova, Rəhman Əzizli, Nigar Cəfərova, Məleykə İsrəfilova, Zümrüd Davudova, Şəms Qəhrəmanova, Ruslan Persan və Elçin Əhədzadə çıxış etdilər.
Gecə boyunca ifaçıları pianoçular Tofiq Şıxıyev və Məryəm Məmmədova müşayiət edərək, musiqi nömrələrinin bədii ifadəsini və konsertin yüksək səviyyədə təqdim olunmasını təmin etdilər. Proqramda Azərbaycan və dünya klassik opera repertuarından seçilmiş əsərlər səsləndirildi. Gənc vokalçıların fərqli üslub və ifa xüsusiyyətlərini nümayiş etdirdiyi konsert musiqisevərlərə zəngin və rəngarəng proqram təqdim etdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Milli İncəsənət Muzeyi “Teatrın gəncləri” layihəsinə start verildi - (Foto)
-
Azerbaijan Fashion Week: moda və kino arasında yaradıcı körpü - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
-
Müşfiq Əliyev vəfat etdi
-
Ermənistanın gizlətdiyi 204 məzarlıq: Minlərlə ailə cavab gözləyir
-
"Yaprak dökümü"nün 45 yaşlı aktrisasının hamiləlik fotosu müzakirə yaratdı
-
Milli İncəsənət Muzeyi “Teatrın gəncləri” layihəsinə start verildi - (Foto)
-
ÇL: “Barselona”nın Bakıya gəliş tarixi məlum oldu
-
AZAL iki beynəlxalq mükafata layiq görülüb
-
80 yaşlı Silvester Stallone 58 yaşlı xanımı ilə (Video)
-
Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını (WIDU) təsis edir (Foto)
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
Hava limanına gedən yol bağlanır? - Rəsmi açıqlama
-
Sabir Zeynalov dünya çempionu oldu
-
Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma
-
Argentinalı ulduz 37 yaşında karyerasını bitirdi
-
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi
-
Badamdarda sürüşmə yenidən aktivləşdi
-
Elgizi şərlədilər, əsəbiləşib özündən çıxdı (Video)
-
Minlərlə vətəndaşa şad xəbər: Həyətyanı torpaqlara çıxarış verilə bilər
-
Pensiyalar ödənildi
-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Oğlum 15 noyabrdan quru aclıq aksiyası keçirir” - Rəşadın anasından müraciət
-
6 dərəcə şaxta olacaq - Proqnoz
-
Bu şəxslər 40 manat cərimələnəcək
-
Fransız müstəmləkəçiliyinin izləri: Hanoydakı Hoaloa həbsxanasından Trend-in fotoreportajı - (Video/Foto)





