AZAL iki beynəlxalq mükafata layiq görülüb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" və "2027 APEX Best Cabin Service in Central & Southern Asia".
Milli.Az xəbər verir ki, mükafatların xüsusi əhəmiyyəti onların birbaşa sərnişinlərin müstəqil rəy və qiymətləndirmələri əsasında müəyyən edilməsidir. APEX-in reytinqləri "Concur" şirkətinin "TripIt" platforması ilə əməkdaşlıq çərçivəsində toplanan anonim sərnişin qiymətləndirmələrinə əsaslanır. Qiymətləndirmə zamanı göyərtədə xidmətin keyfiyyəti, oturacaqların rahatlığı, qida və içki təminatı, əyləncə sistemləri və internetə çıxış imkanları nəzərə alınır.
Mükafatlar 19 noyabr 2026-cı il tarixində Sinqapurda keçirilən "APEX FTE EXPO 2026" beynəlxalq aviasiya forumu çərçivəsində təqdim olunub. Tədbir aviaşirkətlərin, hava limanlarının, rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələrini və aviasiya sənayesinin aparıcı ekspertlərini bir araya gətirib.
"APEX Four-Star Major Airline" mükafatı Azərbaycan Hava Yollarının ümumi sərnişin təcrübəsi üzrə yüksək göstəricilərini, "Best Cabin Service in Central & Southern Asia" mükafatı isə aviaşirkətin Mərkəzi və Cənubi Asiya regionunda hava gəmisinin göyərtəsində göstərilən xidmət sahəsində əldə etdiyi nailiyyətləri təsdiqləyir.
Qeyd edək ki, aviaşirkət 2026-cı ildə "Skytrax World Airline Awards" mükafatlandırma mərasimində də "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət" adına layiq görülüb.
Bu mükafatlar AZAL-ın sərnişin xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq aviasiya bazarında mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin növbəti göstəricisidir.
Azərbaycan Hava Yollarının fəaliyyəti ilə bağlı ən son xəbərlərlə aviaşirkətin rəsmi internet səhifəsində və mobil tətbiqində tanış olmaq mümkündür.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Ermənistanın gizlətdiyi 204 məzarlıq: Minlərlə ailə cavab gözləyir
-
AZAL iki beynəlxalq mükafata layiq görülüb
-
Hava limanına gedən yol bağlanır? - Rəsmi açıqlama
-
Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma
-
Minlərlə vətəndaşa şad xəbər: Həyətyanı torpaqlara çıxarış verilə bilər
-
Pensiyalar ödənildi
XƏBƏR LENTİ
-
Ermənistanın gizlətdiyi 204 məzarlıq: Minlərlə ailə cavab gözləyir
-
"Yaprak dökümü"nün 45 yaşlı aktrisasının hamiləlik fotosu müzakirə yaratdı
-
Milli İncəsənət Muzeyi “Teatrın gəncləri” layihəsinə start verildi - (Foto)
-
ÇL: “Barselona”nın Bakıya gəliş tarixi məlum oldu
-
AZAL iki beynəlxalq mükafata layiq görülüb
-
80 yaşlı Silvester Stallone 58 yaşlı xanımı ilə (Video)
-
Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını (WIDU) təsis edir (Foto)
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
Hava limanına gedən yol bağlanır? - Rəsmi açıqlama
-
Sabir Zeynalov dünya çempionu oldu
-
Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma
-
Argentinalı ulduz 37 yaşında karyerasını bitirdi
-
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi
-
Badamdarda sürüşmə yenidən aktivləşdi
-
Elgizi şərlədilər, əsəbiləşib özündən çıxdı (Video)
-
Minlərlə vətəndaşa şad xəbər: Həyətyanı torpaqlara çıxarış verilə bilər
-
Pensiyalar ödənildi
-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Oğlum 15 noyabrdan quru aclıq aksiyası keçirir” - Rəşadın anasından müraciət
-
6 dərəcə şaxta olacaq - Proqnoz
-
Bu şəxslər 40 manat cərimələnəcək
-
Fransız müstəmləkəçiliyinin izləri: Hanoydakı Hoaloa həbsxanasından Trend-in fotoreportajı - (Video/Foto)
-
Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq
-
“Trendyol”da “Əfsanə günlər ” başlayır





