Amerika

Alimlər Ay torpağında ilk dəfə kartof yetişdirdilər

20 Noyabr 2026 16:24
Baxış: 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Amerikalı alimlər ilk dəfə Ay torpağının analoqunda kartof yetişdiriblər. Təcrübə zamanı torpağa üzvi kompost əlavə edilib.

Milli.Az xəbər verir ki, Oreqon Dövlət Universitetinin məlumatına görə, kompost torpağın üçdəbirini təşkil etdikdə kartof normal inkişaf edərək yumrular əmələ gətirib.

Alimlər məhsulda zəhərli maddələrin toplandığına və qida dəyərinin azaldığına dair əlamət aşkarlamayıblar. Tədqiqat Ayda gələcəkdə qida istehsalı və uzunmüddətli məskunlaşma imkanları baxımından mühüm addım hesab olunur.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.